Murad Ələkbər oğlu Muradov (1984, Bakı) — Azərbaycan rejissoru və kinooperator.
Həyatı Murad Ələkbər oğlu Muradov 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991-2001-ci illər ərzində A.N.Ələkbərov Adına İncəsənət Gimnaziyasında təhsil almış, oxuduğu dövrlərdə orada fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasında bir sıra filmlərin müəllif olmuşdur. Müəllimləri Ənvər Əbluc və Gülbəniz Əzimzadə olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq Fakültəsinə daxil olmuşdur. Müəllimi əməkdar incəsənət xadimi, kinooperator, kinorejissor Rasim İsmayılov olmuşdur. 2005-ci ildə universiteti Qırmızı diplom ilə bitirmişdir. Diplom işi kimi "Uçan çinarlar" filmini çəkmişdir. Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil almışdır. Hazırda İncəsənət Gimnaziyasında kinorejissorluq fənni üzrə müəllimdir. "XXI Əsr" Uşaq Yaradıcılıq Studiyasının rəhbəridir. "Murad Prodakşn" şirkətinin vitse-prezidentidir. Subaydır.
Çəkdiyi filmlər bir çox festivalların qalibi olmuşdur. Bundan əlavə o 13 dəqiqəlik "İlk döyüş", 1 dəqiqəlik "Su", 10 dəqiqəlik "Köhnə və Yeni Bakı", 35 dəqiqəlik "Səsin mirzəsi" və s. filmlərin müəllifidir.
Azərbaycan kinomexaniki Yunus Muradovun nəvəsidir. Azərbaycan rejissoru Ələkbər Muradovun oğludur.
Festivallar və mükafatlar 1) 2001-ci ildə çəkdiyi "Xüsusi Təyinatlı Dəstə" adlı 20 dəqiqəlik qısametrajlı bədii filmi I Audiovizual Festivalda ən yaxşı debüt işi kimi Priz və Diplom almışdır. Şərq-Qərb Festivalında iştiraka görə Diplom almışdır. 2002-ci ildə Moskva Debüt Kinotavr festivalında Diplom almışdır. Kinorejissor Səməd Mərdanov Adına I Gənclər Festivalında Priz və Diplom almışdır.
2) 2002-ci ildə çəkdiyi "İnam" 13 dəqiqəlik sənədli filmi Gənclər Yaradıcılıq Festivalında Priz və Diplom almışdır.
3) 2005-ci ildə çəkdiyi "Uçan çinarlar" 16 dəqiqəlik sənədli diplom işi V Beynəlxalq Audiovizual Festivalında Priz və Diplom almışdır.
4) 2006-cı ildə çəkdiyi "Ruhumun harayı" 6 dəqiqəlik sənədli filmi VI Beynəlxalq Audiovizual Festivalında Bakı Şəhəri İcra Hakimiyyəti Kino Xidmətinin xüsusi Priz və Diplomunu almışdır.
5) İnternews şirkətinin istehsal etdiyi, Azərbaycan və Gürcüstanın birgə istehsalı olan "Kənar" 8 dəqiqəlik sənədli filmi Cənubi Qafqaz gəncləri arasında keçirilən Beynəlxalq Sənədli Filmlər festivalında ən yaxşı emosional film nominasiyasında Priz və Diplom, ən yaxşı rejissor işi kimi və ən yaxşı film nominasiyasında Diplom almışdır.
Filmoqrafiya Xüsusi Təyinatlı Dəstə (film, 2001) (qısametrajlı bədii film) — rejissor İlk döyüş (film, 2001) (qısametrajlı sənədli film) — rejissor İnam (film, 2002) (qısametrajlı sənədli film) — rejissor Güllələnmə təxirə salınır!... (film, 2002) (tammetrajlı bədii film) — aktyor: Xanın uşaqlığı; rejissor assistenti Su (film, 2003) (qısametrajlı sənədli film) — rejissor Ərənlər (film, 2005) (qısametrajlı sənədli film) — rejissor assistenti "Hacı Mail" nağılı... (film, 2005) (qısametrajlı sənədli film) — rejissor assistenti Köhnə və Yeni Bakı (2005) (qısametrajlı sənədli film) — rejissor Uçan çinarlar (film, 2005) (qısametrajlı sənədli film) — rejissor Yoxlama (film, 2006) (çoxseriyalı bədii film) — aktyor Ruhumun Harayı (2006) (qısametrajlı sənədli film) — rejissor Səsin Mirzəsi (2006) (qısametrajlı sənədli film) — rejissor Kənar (film, 2007) (qısametrajlı sənədli film) — rejissor Anlama... (film, 2008) (qısametrajlı bədii film) — rejissorAzərbaycanlı rejissorun “Anlama”sı Özbəkistanda nümayiş olunub: [Rejissor Murad Muradovun eyni adlı filmi] //525-ci qəzet.- 2011.- 9 iyun.- S. 7. Qala (film, 2008) Dünya uşaqları(2009) (sənədli film) — rejissor Sonuncu dərviş (film, 2009) — rejissor Adın sirri və tale. Qurban Səid (film, 2010) Tarixin izi ilə... Yaqub Mahmudov "Müasirlərlə dialoq" layihəsi çərçivəsində daha bir görüş reallaşmışdır: [rejissor Murad Muradovun "Tarixin izi ilə... Yaqub Mahmudov" sənədli televiziya filminin nümayişi] //Azərbaycan.- 2011.- 22 iyun.- S. 6. Toy marşı - Bakı toyları (2013)Azəri, L. “Toy marşı - Bakı toyları”: [rejissorları Ələkbər Muradov və Murad Muradov olan eyniadlı tammetrajlı bədii-sənədli film haqqında] //Mədəniyyət.- 2013.- 5 aprel.- S. 11. Dünya uşaqları"Dünya uşaqları": Yeni film çəkilib: [Rejissor Murad Muradovun balacaların həyatından bəhs edən filmi haqqında] //Mərkəz.- 2009.- 11 fevral.- S. 11. Əfsanə (film, 2017) Bu şəhərdə kimsə yoxdur (serial, 2024) — aktyor Tağıyev. Məktəb (film, 2026) — aktyor
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ssenaristlər Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Rejissor assistentləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları