«Sən nə istəsən» () — İspaniyanın 2010-cu ildə çəkilmiş, dram janrında, rejissor Açero Manyasın filmi Süjet Sadə Madrid ailəsi — Leo, Alisia və onların balaca qızı Dafni. Ata işləyir, ana uşağın tərbiyəsi və ev işləri ilə məşğuldur. Hər şey adi, həmişəki kimi rahat atmosferdə davam edir. Lakin birdən Alisiya epilepsiyadan ölür — Leo və Dafni artıq onsuz yaşamağa məcbur olurlar. Leoya çox çətin olur: uşaq heç cürə anasını unuda bilmir və onun həyatdan köçməyini qəbul etmir. Gecələr o anasının adını çağırır. Bəzən, kimisə xoşbəxt etmək üçün, sevən insanlar bütün şərtləri və mühakimələri aşaraq, bütün qadağaları keçirlər. Leo qərar verir və axşamlar o həyat yoldaşının paltarlarını geyinir, başına parik taxır, dodaqlarını parlaq qırmızı pomada ilə boyayır və beləcə o qızı üçün "ana" olur. Belə bir performans bir az uzanır və bu yavaş-yavaş bir qorxulu oyuna çevrilir.
Çəkiliş
Rollarda +Rollarda Aktyor Rol Xuan Diyeqo Botto Leo Ana Risuenyo Alisiya Xose Luis Qomez Alex Pedro Alonso Pedro Lusiya Fernandez Dafni
Web links
FX Company Spills Details About Alfonso Cuaron’s Gravity The Latest On Alfonso Cuaron’s «Gravity»
İstinadlar
Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2010-cu ilin filmləri Kateqoriya:İspaniya filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Krossdressinq haqqında filmlər Kateqoriya:İspaniyanın dram filmləri Kateqoriya:Dul insanlar haqqında filmlər