Feyruz Mustafayev () — Azərbaycan Respublikasının Baş nazirinin səlahiyyətlərini icra edən (4 aprel, 1992 — 16 may, 1992); Azərbaycan Baş nazirinin birinci müavini (22 may 1991—18 may 1992); A. R. "Azərquşsənaye" Dövlət Şirkətinin prezidenti (8 fevral 1993); A. R. Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti (25 noyabr 1993 — 16 oktyabr 1994); Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2 oktyabr 2002)

Həyatı Feyruz Rəcəb oğlu Mustafayev 1933-cü il 18 oktyabrda Ağdam rayonunun Mərzili kəndində anadan olub. Mərzili kəndində yeddillik məktəbi bitirdikdən sonra Novruzlu kənd orta məktəbində təhsilini davam etdirib.Səlim Əzimov, "Ağdam çörək muzeyi:dünəni, bu günü və sabahı" , Təzadlar.- 2011.- 13 dekabr.- S.7.

1950-ci illərdə Xanlar (indiki Göygöl) rayonunun Samux kəndinə köçüblər. 1955-ci ildə hərbi xidməti başa vurandan sonra Samux kolxozunda sıravi işçi kimi əmək fəaliyyətinə başlayır. Sonra mühasib, kolxoz həmkarlar təşkilatının sədri və kolxoz sədri seçilir. Bu müddətdə Moskva İqtisadiyyat insti-tunda qiyabi təhsil alır.

Kolxozda yüksək nailiyyətlər əldə edən sədr Xanlar rayonuna Rayon İcraiyyə komitəsinə sədr təyin edilir. 1 il sonra Xanlar RPK- nin birinci katibi seçilir. Feyruz Mustafayev daha sonra Şamaxı rayonuna təyinat alır.

Şamaxı rayonunda apardığı quruculuq işləri, dəmyə sahələrə çəkdirdiyi 600 km su xətti və bütün oxşar quruculuq işləri və apardığı islahatlara görə 1981-ci ildə Azərbaycan KP MK-nin birinci katibi H. Əliyev və Sovet İttifaqı KP MK-nin birinci katibi L. İ. Brejnev tərəfindən Lenin ordeninə və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.

1975-ci ildə Azərbaycan KP Xanlar RK-nın birinci katibi olan vaxt 343 nömrəli Qızılca seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı seçilib. Mədəniyyət komissiyasınınü üzvü olub.

1987-ci ildə Aqrar Sənaye komitəsində sədr müavini. Sonra Qaçqınlar komitəsinin sədri, Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti, Baş Nazirin müavini işləyəndən sonra da Baş Naziri əvəz edib.

31 iyul 1992-ci il tarixində keçirilən Azərbaycan Kəndli Partiyasının təsis qurultayında partiyanın sədri seçilmişdir.

4 övladı, 8 nəvəsi olub.

7 iyul 2018-ci ildə vəfat edib.

İstinadlar

Xarici keçidlər Unudulmaz dizibərk kişi: Feyruz Mustafayev!

Kateqoriya:Azərbaycan baş nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Xanlar Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Xanlar Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Naxçıvan Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan baş nazirinin birinci müavinləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları