Ərəstun Cəfər oğlu Əliyev - Azərbaycanın tanınmış xanəndəsi.

Həyatı

Ərəstun Əliyev 1957-cı il yanvarın 11-də Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olub. Xanəndəlik ona atasından keçmişdir. Atası, Cəfər Adıgözəl oğlu Əliyev hələ 1939-cu ildə Bakıda Azərbaycan Dövlət Radiosunda Qarabağ şikəstəsinin ilk ifaçılarından olmuşdur, Xan Şuşinski, Şövkət Ələkbərova və Tükazban İsmayılova ilə birlikdə oxuyurdu. İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar Bərdə rayonuna qayıtmışdır. Ərəstun Əliyevin 5 qardaşı (Zöhrab, Möhnət, Adıgözəl, Ələddin, Cavanşir) və 4 bacısı (Sücayət, Həqiqət, Ədalət, Narınc) var.

Fəaliyyəti

Qarabağ el məclislərində Şahmalı Kürdoğlu, Arif Babayev, Könül Xasıyeva ve digərləri ilə birlikdə dəfələrlə iştirak etmişdir. Hal-hazırda xanəndəlik peşəsini davam etdirir.

Ailəsi

Həyat yoldaşı - Tahirə Əliyeva. 4 qız atasıdır - Günel, Lalə, Sevinc, Səidə.

Canli ifasından nümunələr

AĞDAM KÖNLÜM KEÇİR QARABAĞDAN ŞAHMALİ KÜRDOĞLUNA HƏSR OLUNUB

Kateqoriya:Xanəndələr Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Bərdə rayonunda doğulanlar