«Bədheybət» () — rejissor Petti Cenkinsin dram filmi. 2003-cü ildə birgə alman-amerikan istehsalı ilə ekranizasiya edilmişdi. Filmin süjetinə, Floridadan olan real seriyalı qatil Eylin Uornosun həyat tarixçəsi qoyulub. Süjet Həyatından bezmiş küçə fahişəsi Eylin Uornos barda gənc və yaraşıqlı Selbi Uoll ilə tanış olur. Məhz Selbidən, o xırdaca diqqət alır və onunla həmsöhbət olur. Bundan başqa Selbi lesbiyandır, bu da onu qadınlarla təmasa girməyə vadar eləyir. Amma Eylinlə kontakt yaratmaq çox çətindir. Eylin əvvəlcə Selbinin meyllərinə qarşı olur, lakin sonradan ona aşiq olur.

Seks müştərilə görüşdükdə (slenq ifadədə onun adı Condur — John Doe «anonim» mənasını verir). Eylin döyülməyə və zorakılığa məruz qalır. Con onun əllərini bağlayır və ona işgəncə verir, ancaq Eylin əllərini açaraq, çantasında revolveri götürür və onu gülləliyir. Conun avtomobili və bir qədər pul, nəticədə Eylinə çatır. Eylin Selbini motelə aparır, onlar ailə cütlüyü kimi yaşamağa çalışırlar. Eylin fahişəlik sənətini atmaq üçün ümidsiz cəhdlər edir — bunun üçün o bir çox kontorlara işə qəbul olmaq üçün ərizələr verir. Amma hər yerdən rədd cavabı alır — heç kimə uzunillik stajı olan keçmiş fahişə lazım deyil. Yolda onu polis saxlayır və fəhişəliyə görə onu həbs edir. Avtomobildə polis işçisi ona minet etməyə məcbur edir və sonra onu buraxır. Selbidə isə eqoist meyillər yaranır; o istəyir ki, Eylin onun istəklərini yerinə yetirsin. Bu istəklər üçün lazım gələrsə öz köhnə fahişə həyatına da qayıtsın. Yaranan münaqişə nəticəsində, Eylin müştərilərindən birini öldürdüyünü ona deyir, amma bu Selbini istəyindən daşındırmır.

Bundan sonra Eylin yenidən küçə həyatına qayıdır. Və klientləri öldürməyə davam edir. Buna baxmayaraq, o özünün yaratdığı şərəf kodeksinə əməl edir; bu kodeks, onun əclaf saymadığı klientləri öldürməyə qadağadan ibarətdir. Bu zaman isə polis kişiləri öldürən şəxsi axtarır. Oğurlanmış avtomobillə edilən təsadüfi qəza nəticəsində, 2 qoca onları yadda saxlayır və polisə şikayət edərək, onların üz cizgilərini təsvir edirlər. Onların portretlərini hər gün efirdə translyasiya edirlər. Bu görən Selbi dəhşətə gəlir. O tələb edir ki, Eylin yeni maşın tapsın (faktiki olaraq növbəti adamı öldürsün). Eylin küçədə duraraq yeni partnyor axtarışındadır. Yaşlı bir adam avtomobilini saxlayaraq onu mindirir. Eylin onunla sekslə məşğul olmağa təklif edir. Amma o seks istəmir, əksinə o kömək etmək istəyir. Ancaq stress vəziyyətində olan Eylin onu öldürür və bu onu çaşqınlıq halına gətirir. Amma yol üçün pul toplanıb və Eylin Selbiyə bilet alır ki, o öz valideynlərinin yanına gedə bilsin. O həmçinin ona bütün pullarını verir, bara gedir və orda güclü sərxoş olur. Barda o iki kişi ilə qarşılaşır, onlar onunla gəzişməyə təklif edirlər. Dostu Tomun, bu kişilərə qulaq asmamağı və tez bardan qaçmağı xəbərdarlıq etməsinə məhəl etməyən Eylin kişilərlə küçəyə çıxır və burada onu polislər saxlayır. Eylinin həbs edirlər. Həbsxanaya Selbi zəng eləyir. Eylin bu zəngə çox sevinir və qızı sakitləşdirməyə çalışır və polisin heç bir dəlili olmadığını deyir. Lakin Selbi artıq polislə əməkdaşlıq eləyir. O Eylini bütün ölüm hadisələrinə görə günahı öz üzərinə götürməyə provokasiya edir. Eylin anlayır ki, bu telefon danışığı polis tərəfindən dinlənilir və telefonla hər şeyi etiraf edir. Məhkəmədə Selbi keçmiş sevdiyinə, qarşı ifadə verir. Florida ştatının məhkəməsi Eylini ölüm cəzasına məhkum edir...

Rollarda +Rollarda Aktyor Rol Şarliz Teron Eylin Uornos Kristina Riççi Selbi Uoll Brün Dern Tomas Li Tergesen Vinsent Kori Enni Korli Donna Prüitt Teylor Vins Jene

Soundtrek

„Childhood Montage“ „Girls Kiss“ „The Bus Stop“ „Turning Tricks“ „First Kill“ „Job Hunt“ „Bad Cop“ „'Call Me Daddy' Killing“ „I Don't Like It Rough“ „Ferris Wheel (Love Theme)“ „Ditch The Car“ „Madman Speech“ „Cop Killing“ „News On TV“ „Courtroom“

Mükafatlar 2004 — Oskar mükafatı Ən yaxşı qadın rolu üzrə — Şarliz Teron 2004 — Qızıl Qlobus Dram filmində ən yaxşı qadın rolu — Şarliz Teron 2005 — BAFTA Nominasiya Ən yaxşı Aparıcı Aktrisa — Şarliz Teron 2003 — National Board of Review Award Ən yaxşı qadın rolu üzrə performans — Şarliz Teron 2004 — Festival di Berlino :it:Orso d'argento — Şarliz Teron Nominasiya :it:Orso d'oro — Petti Cenkins 2004 — Broadcast Film Critics Association Award Ən yaxşı Aparıcı Aktrisa — Şarliz Teron 2004 — Central Ohio Film Critics Association Award Ən yaxşı Aparıcı Aktrisa — Şarliz Teron 2004 — MTV Movie Award Nominasiya Ən yaxşı qadın rolu — Şarliz Teron Nominasiya Ən yaxşı öpüş Şarliz Teron və Kristina Riççi 2003 — Chicago Film Critics Association Award Ən yaxşı Aparıcı Aktrisa — Şarliz Teron 2004 — Las Vegas Film Critics Society Award Ən yaxşı Aparıcı Aktrisa — Şarliz Teron 2004 — Independent Spirit Award Ən yaxşı debüt film Ən yaxşı Aparıcı Aktrisa — Şarliz Teron Nominasiya Ən yaxşı ssenari işi üzrə — Petti Cenkins 2003 — Satellite Award Dram filmində ən yaxşı qadın rolu üzrə — Şarliz Teron

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2003-cü ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Petti Cenkinsin filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:ABŞ-nin zorlama və qisas haqqında filmləri Kateqoriya:ABŞ-nin zorlama haqqında filmləri Kateqoriya:Florida haqqında filmlər Kateqoriya:2003-cü ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin cinayət dram filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:İngilis dilində cinayət dram filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:Real hadisələrə əsaslanan cinayət dram filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:ABŞ-nin psixoloji-triller filmləri Kateqoriya:Qadın biseksuallığı haqqında filmlər Kateqoriya:Floridada çəkilmiş filmlər Kateqoriya:Fahişəlik haqqında filmlər Kateqoriya:Ölüm cəzası haqqında filmlər Kateqoriya:Psixopatlar və sosiopatlar haqqında filmlər Kateqoriya:ABŞ-nin seriyalı qatil filmləri Kateqoriya:ABŞ-də fahişəlik haqqında filmlər Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:ABŞ-nin qadın dostluğu filmləri Kateqoriya:Girls with guns filmləri Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:Lezbiyan filmləri Kateqoriya:LGBTQ-əlaqəli romantik-dram filmləri Kateqoriya:LGBT mövzulu Almaniya filmləri