Topolçanı (;, , ) - Slovakiyanın qərbində, Nitra çayının hər iki sahilində şəhər. Əhalisi 30 minə yaxındır. Tarix Topolçanın əsası ehtimal olaraq IX əsrdə qoyulmuşdu. Şəhər haqqında ilk məlumat 1235-ci ildə kral III Bela nizamnaməsində qeyd edilir. 1271-ci ilin sənədlərində Topolçanı artıq şəhər kimi qeyd edilir. 1291-1314-cü illərdə Matuş Çak, doğma şəhəri Trençini cənubdan qorumaq məqsədi ilə Topolçanı ətrafında qala inşa etdirir. 1431-1434-cü illər arası şəhər Husitlərin əlində idi. 1599 və 1643-cü illərdə şəhəri türklər işğal edərək onu yandırırlar, 1703-cü ildə isə - kurutslar. XIX əsrin sonunda şəhər inkişaf edir - zavod və fabriklər inşa edilir. Müasir zamanda Topolçanı Qərbi Slovakiyanın mühüm sənaye mərkəzidir. Digər müəssisələr arasında tanınmış «Topvar» pivə zavodu da burada yerləşir.

Əhali Əhalinin etnik müxtəlifliyi Slovaklar – 98 % Qaraçılar – 0,2 % Çexlər – 0,92 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % v.d.

Əhalinin konfessional müxtəlifliyi roma-katolikləri – 82,94 % ateistlər – 11,37 % yevangelik kilsə v.b. – 2,82 % yunan-katolikləri – 0,19 % pravoslavlar – 0,13 % v.d.

Coğrafiya Eyni coğrafi enlikdə və ya uzunluqda yerləşən şəhərlər Şimal: Norovce, Bánovce nad Bebravou8,5 km, 19 km Qərb: Nemčice, Pieştyanı4 km, 25 km 50px Şərq: Práznovce, Partizanske3 km, 16,5 km Cənub: Nitrianska Streda, Nitra4 km, 28 km

Partnyor şəhərlər Luhačovice Jászberény Rybnik Artern Einbeck Mazingarbe Hlohovec Levitse

İstinadlar

Xarici keçidlər Официальный сайт города Крепость Топольчаны

Kateqoriya:Slovakiya şəhərləri