Abbas Kiyarüstəmiİranlı kinorejissor Abbas Kiyarüstəmi vəfat edib . Azərtac. 5 iyul 2016-cı il. (farsca: عباس کیارستمی; ; ingilis, fransız və alman dillərində: Abbas Kiarostami; ) — dünya miqyasında tanınan və təqdir edilən İranlı rejissor, ssenarist və prodüserdir.The world's 40 best directors Guardian Unlimited. İstifadə tarixi: 15.04.2018.Abbas Kiarostami Films Featured at Wexner Center. Wexner center for the art. İstifadə tarixi: 15.04.2018.Modern Times British Film Institute (2002). İstifadə tarixi: 15.04.2018. 1970-ci ildən bu yana kino sahəsində işləyən Kiyarüstəmi, qısa film və sənədli filmlər də daxil olmaqla 40-dan çox film üzərində işləmişdir. Xüsusilə Koker trilogiyası, Albalı dadı və Külək bizi sovuracaq filmləri ilə öz üzərinə diqqət toplaya bilmiş və müvəffəqiyyətlər qazanmışdır.

Əsasən ssenarist, rejissor, prodüser, redaktor, bədii rəhbər olaraq tanınan Kiyarüstəmi, şair, fotoqraf, rəssam, karikaturaçı və qrafik dizayner peşələrində də müvəffəqiyyətlər qazanıb.

İran kinosunda 1960-cı illərin sonlarında başlayan və Füruğ Fərruxzad, Sohrab Şahit Sales, Bəhram Beyzayi və Pərviz Kimyavi kimi rejissorların da daxil olduğu İran Yeni Dalğa studiyası rejissorlarından biridir. Bu studiya rejissorlarının səciyyəvi xüsusiyyəti bəzilərinin poetik dialoqlardan istifadəsi, siyasi və fəlsəfi mövzularla bağlı alleqorik hekayələr izah etmə tərzidir.Abbas Kiarostami. Princeton University. İstifadə tarixi: 15.04.2018.

Uşaq obrazlarından istifadə etmək, sənədli film tərzində nəqletmə, kənd bölgələrində cərəyan edən hadisələr, maşınların içində olan dialoqlar və adətən sabit kameradan istifadə Kiyarüstəminin ən əsas xüsusiyyətlərindəndir. Dialoqlarında, film adlarında və mövzularında İran ədəbiyyatından, İran şeirindən geniş istifadə edir.

Həyatı thumb|right|Kiyarüstəminin rəsm ve qrafik dizayn öyrəndiyi Tehran Üniversiteti Gözəl Sənətlər Fakültəsi. Tehranda anadan olmuşdur. İncəsənətlə ilk əlaqəsi şəkil çəkmək olmuşdur. 18–19 yaşlarınadək rəsm çəkməyə davam etmişdir. 18 yaşında Tehran Universitetinin İncəsənət fakültəsinə daxil olmazdan bir qədər əvvəl bir rəsm müsabiqəsinin qalibi olmuşdur. Universitetdə rəssamlıq və qrafik dizayn üzrə təhsil almışdır. Oxumaqla bərabər yol polisi vəzifəsində də işləyib. 1960-cı illərdə rəssam, dizayner və illustrator kimi reklam sahəsində də işləmiş, posterlərin dizaynını etmiş, reklamlar hazırlamışdır. 1962–1966-cı illərdə İran televiziyası üçün təxminən 150 reklam çəkmişdir. 1960-cı illərin sonlarında, (bunların arasında Məsud Kimyainin Qeysər filmidə var.) filmlərə adlar hazırlamağa və uşaq kitabları üçün rəssamlıq etməyə başladı.10 x Ten: Kiarostami's journey Open Democracy. İstifadə tarixi: 15.04.2018.

1969-cu ildə evləndiyi Pərvin Əmir-Qolidən 1982-ci ildə boşanır. Bu evlilikdən Əhməd (doğum tarixi: 1971) və Bəhmən (doğum tarixi: 1978) adlarında iki oğlu dünyaya gəlmişdir. Kiçik oğlu Bəhmən Kiyarüstəmi 15 yaşı olarkən "Səyahətçinin torpaqlarına səyahət" (1993) adlı sənədli film çəkərək rejissorluğa başlamışdır.

Kiyarüstəmi 1979 İslam İnqilabından sonra ölkəni tərk edərək qərb ölkələrinə gedən bir çox rejissorlardan fərqli olaraq İranda qalmağı üstün tutan az sayda rejissorlardandır.

Özüdə bu hərəkətin şəxsi karyerasında verdiyi ən mühüm qərarlardan biri olduğuna və İranda yaşamağın və milli kimliyinin rejissor olaraq bacarığını möhkəmləndirdiyinə inanır: "Bir ağacı kök saldığı yerdən ayırıb başqa yerə aparsanız ağac artıq meyvə verməz. Versə də öz yerində verdiyi meyvə qədər gözəl olmaz. Məncə, ölkəmi tərk etmiş olsaydım eynilə o ağac kimi olardım.Landscapes of the mind Guardian Unlimited. İstifadə tarixi: 15.04.2018.

Abbas Kiyarüstəmi gözlərinin işığa qarşı həssas olması səbəbi ilə adətən tünd rəngli eynək və ya günəş eynəyi taxır.Besides censorship iranian.com. İstifadə tarixi: 15.04.2018

Rejissor, 2000-ci ildə, San Fransisko Film Festivalında onun özünədə verilən və yaşadığı vaxtda müvəffəqiyyət mənasını daşıyan Akira Kurosava mükafatını İran kinosuna verdiyi töhfələrə görə İranlı aktyor Bəhruz Vüsuqiyə verməklə hər kəsi təəccübləndirmişdir.43rd Annual San Francisco International Film Festival Sense of Cinema. İstifadə tarixi: 15.04.2018.

4 iyul 2016-cı ildə Fransanın paytaxtı olan Paris şəhərində vəfat etmişdir.

Kino fəaliyyəti

1970-ci illər

Kiyarüstəmi, 1969-cu ildə İran Yeni Studiyasının rejissoru Daryuş Mehrcui İnək filmini çəkdiyi vaxtlarda, Tehranda olan Uşaqların və Gənclərin Zehni İnkişaf İnstitutunda seriya çəkilişinin hazırlanmasına kömək etdi. Seriyanın ilk hissəsi və rejissorun ilk filmi, on iki dəqiqəlik qısa film olan Çörək və küçə (farsca: نان و کوچه) filmidir. Kiçik uşağın üzərinə hücum edən itlə qarşılaşmasını izah edən neorealizm janrında filmdir.

İstinadlar

Ədəbiyyat Geoff Andrew, Ten (London: BFI Publishing, 2005). Erice-Kiarostami. Correspondences, 2006, , catalogue of an exhibition together with the Spanish filmmaker Víctor Erice Alberto Elena, The Cinema of Abbas Kiarostami, Saqi Books 2005, "İran kinosunun siması". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 39. Mehrnaz Saeed-Vafa, Jonathan Rosenbaum, Abbas Kiarostami (Contemporary Film Directors), University of Illinois Press 2003 (paperback), Jean-Luc Nancy, The Evidence of Film – Abbas Kiarostami, Yves Gevaert, Belgium 2001, Jean-Claude Bernardet, Caminhos de Kiarostami, Melhoramentos; 1 edition (2004), Marco Dalla Gassa, Abbas Kiarostami, Publisher: Mani (2000) Youssef Ishaghpour, Le réel, face et pile: Le cinéma d'Abbas Kiarostami, Farrago (2000) Alberto Barbera and Elisa Resegotti (editors), Kiarostami, Electa (30 April 2004) Laurent Kretzschmar, "Is Cinema Renewing Itself?", Film-Philosophy. vol. 6 no 15, July 2002. Jonathan Rosenbaum, "Lessons from a Master," Chicago Reader, 14 June 1996 Silke von Berswordt-Wallrabe et al. (eds.): Abbas Kiarostami. Images, Still and Moving, exh. cat. Situation Kunst Bochum, Museum Wiesbaden, Kunstsammlungen Chemnitz (Ostfildern: Hatje Cantz, 2012),

Xarici keçidlər

Sinemalar.com'da Abbas Kiarostami Sinematürk'te Abbas Kiarostami Allmovie'de Abbas Kiarostami Məşhur İranlı rejissor vəfat etdi Tehranda kinorejissor Abbas Kiarostaminin anım mərasimi keçirilib Abbas Kiarostami bu gün doğma vətənində dəfn edilib Aydın Dadaşov: Abbas Keyarostəme. Əbədi mövzunun ekran həlli Abbas Kiyarüstemi — Senses of Cinema sayfası. (İngilizce) Abbas Kiarostami: Image, Voice and Vision — Konferanstan bölümler, Iran Heritage Foundation. (İngilizce) Abbas Kiyarüstemi biyografisi — Zeitgeist Films. "Gerçek Yaşam Sinemadan Daha Önemlidir" — Yönetmenle yapılmış bir röportaj, deeplanet.net. "Öykülerini siz düşleyin" — Milliyet Gazetesi haberi.

Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:1940-cı ildə doğulanlar Kateqoriya:2016-cı ildə vəfat edənlər Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:İran kinorejissorları Kateqoriya:İran şairləri Kateqoriya:Fars şairlər Kateqoriya:Abbas Kiarostaminin filmləri Kateqoriya:Paris Ali Normal Məktəbinin fəxri doktorları Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:İran fotoqrafları Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:İran ssenaristləri Kateqoriya:İranlı şiə müsəlmanları