Kəsəndağ — Azərbaycanın Culfa rayonu ərazisində dağ. Konusvari formadadır (hünd. 1102,1 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin  cənub-şərq istiqamətli Pilələr  qolunun  qurtaracağında zirvə. Darıdağ mineral su yatağından 1 km-ədək cənubdadır. Üst Paleosen in Zeland mərtəbəsinə aid Türkeş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş erozion parçalanmış, yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında məskunlaşmış Darıdağ-Aza qalxımının əsas strukturu olan Darıdağ antiklinalının cənub-qərb qanadında yerləşir. Həmçinin bax: Almalıdağ Xarxat dağı Keçəltəpə Arısu Güllüdağ Gədikdağ

İstinadlar

Kateqoriya:Culfa rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri