Samanyolu TV — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış, Türkiyənin özəl televiziya kanallarından biri idi. Gülən Hərəkatının sahibi olduğu telekanalın, 2016-cı ildə Türkiyədəki dövlət çevrilişinə cəhddən sonra fəaliyyəti dayandırılmışdır.

Tarixçə

Samanyolu TV, 1993-cü ildə Türkiyədə təsis edilən ilk özəl telekanallardan biri idi. Interstar, Show TV, Flash TV, HBB və Kanal 6 telekanallarından sonra ölkənin altıncı özəl-ümumrespublika kanalı idi. 1996-cı ilin sentyabr ayının 25-də "Türksat 1C" peyki vasitəsilə Orta Asiyada da izlənməyə başladı. 1999-cu ildə "Eutelsat-2" peyki ilə əhatə dairəsi Avropa və Afrika ölkələrinə kimi genişləndi. 11 yanvar 2000-ci il tarixində, Azərbaycandakı studiyasında "STV Xəzər" adlı qardaş kanalı yayıma başladı. Telekanalın əsasən din təbliğatı ilə məşğul idi. Veriliş və seriallarının əksəriyyəti İslam dininin təbliğinə yönəlmişdi. 2013-cü il Gəzi parkı etirazlarında hökumətyönümlü xəbərlər yayımladığına görə etirazçılar tərəfindən boykot edilən telekanallardan biri olmuşdu. 15 noyabr, 2015-ci il tarixində, Fətullahçı Terror Qruplaşmasının təbliğat vasitəsi olduğuna görə digər 13 qardaş kanalla birlikdə "Türksat" peykində yayımı dayandırıldı. Bundan sonra telekanalın avadanlığı binadan çıxarıldı. Telekanalın "Hotbird" və "Astra" yayımlanmasına baxmayaraq 30 aprel 2016-cı il tarixində yayımı dayandı. Həmin ilin iyul ayında Türkiyə hökumətinin Fətullahçı Terror Qruplaşması ilə apardığı mübarizə çərçivəsində fəaliyyəti tamamilə dayandırıldı.

İstinad

Yayınlanan Programlar

İki Dünya Arasında / 705.Bölüm Şefkat Tepe / 158.Bölüm Sungurlar / 39.Bölüm Ekip 1:Nizama Adanmış Ruhlar / 121.Bölüm Ötesiz İnsanlar / Çınarın Gölgesinde Şefkat Tepe Sezon Sungur Savaşı Küçük Gelin Hiyanet Sarmalı Kollama Yeşil Elma Kartallar (dizi) / 500.Bölüm Şampiyonlar Finali Ve İnsan Aldandı Benim Ailem Tatlı Așklar Bir Hayal Sali sohbeti (yeni program) / 225.Bolum carsamba sohbeti (yeni program) / 505.bolum cumartesi sohbeti (yeni program) / 163.bolum

Kateqoriya:Televiziya kanalları Kateqoriya:Türkiyə televiziya kanalları Kateqoriya:1993-cü ildə yarananlar Kateqoriya:16 sentyabrda yarananlar Kateqoriya:2016-cı ildə ləğv olunanlar Kateqoriya:Türk dilində televiziya kanalları Kateqoriya:1993-cü ildə Türkiyədə yarananlar