Neyrodermit — uzun müddət qaşınma ilə davam edən və tez-tez residiv verən dəri xəstəliyidir. Neyrodermitdə qaşınma səpkilərdən qabaq əmələ gəlir və çox güclü olur. Xəstəliyin iki klinik forması ayırd edilir: məhdud və diffuz neyrodermit. Neyrodermatozlar adı altında ən səciyyəvi simptomu qaşınma olan xəstəliklər qrupu birləşdirilir. Neyrodermatozlarda qaşınmanın çox güclü olması və adətən dəridəki dəyişikliklərdən qabaq əmələ gəlməsi ilə fərqlənir.

Simptomları thumb|Neyrodermit xəstəliyində dərinin mikroskopik görünüşü Bundan başqa əsas simptomlar arasında papulyoz ləkələr, lixenifikasiyalar, sinir sisteminin aydın nəzərə çarpan funksional pozğunluqları vardır. Neyrodermitlərin kliniki növləri bunlardır: Dəri qaşınması Məhdud neyrodermit Diffuz neyrodermit Qaşınma xəstəliyi Qaşınmaya bir neçə amil səbəb ola bilər. Bunlara mexaniki toxunma, daxili orqanlarda pozulmalar və endokrin pozulmalar aiddir.

Klinik formaları Dəri qaşınmasının 2 klinik forması vardır məhdud yayılmış. Məhdud dəri qaşınmasına vulvanın, xayaların, anusun böyük büküşlərin qaşınması aiddir. Bu zaman qaşınma üzücü xarakterli olur və qaşınmadan sonra izlər əmələ gəlir. Yayılmış dəri qaşınmasına qocalılq qaşınması aiddir. Qaşınma nəticəsində dəridə ekskariyasiyalar, yalnız dırnaq qaşınması izləri əmələ gəlir. Bundan başqa papulyoz səpgilər və lixenifikasiyalar (dərinin qalınlaşması və şəklini dəyişərək kobudlaşması) da olur. Qaşınmanın qeyri-adiliyi ondadır ki, paroksizmal xarakterli olurç yəni tutmaşəkilli olur. Bu səbəbdən insane daim gərgin vəziyyətdə olur. Bu zaman ağ davamlı dermoqrafizm tpyin olunur. Bu kapilyarları innervasiya edən n.vagusun təsiri ilə spazmı nəticəsində olur. Əksinə olaraq eczema zamanı qırmızı davamlı dermoqrafizm alınır.

Qaşınmanın klinik formaları Qaşınma xəstəliyi klinik formalarına görə 2 cür olur: Uşaqların qaşınma xəstəliyi Böyüklərin qaşınma xəstəliyi Uşaqların qaşınma xəstəliyi zamanı qeyri adi morfoloji element aşkar olunur. Bu papula-vezikula (düyüncük-qovuqcuq). Differensial diaqnostika qoturluq xəstəliyi ilə aparılır. Uşaqların qaşınma xəstəliyi piodermiya ilə ağırlaşa bilər.

Böyüklərin qaşınma xəstəliyinin formaları Böyüklərin qaşınma xəstəliyinin 2 forması var: Xoşxassəli- prurigo mitis Bədxassəli-pruriqo ferox Xoşxassəli qaşınma xəstəliyi gec-gec residiv verir və uzun müddətli remissiya dövrü olur. Bədxassəli qaşınma xəstəliyi zamanı isə qısa remissiya dövrü və tez-tez residiv verməsi ilə xarakterizə olunur. Medikamentoz müalicə və fizioterapiya, eyni zamanda sanatoriya kurort müalicəsi kompleks şəkildə aparılmalıdır. Medikamentoz müalicəyə antihistamin dərman preparatları, sedativ dərmanlar, kortikosteroid az dozalarda və tetrasiklin və bu qrupdan olan digər maddələr tətbiq olunur.

Xarici keçidlər http://www.infomed.az/?url=WVhvNlpHbHpaV0Z6WlRvME5EYzZNRG93T2pBNk1Eb3dPakE2TURvdw

Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:Qaşıntılı dəri xəstəlikləri