Namiq Dadaşov Əbdül Xalıq oğlu () — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın əməkdar rəssamı, ali təhsilli heykəltaraş

Həyatı Namiq Dadaşov 27 noyabr 1945-ci il tarixində anadan olub. Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasının müəllimi kimi çalışıb. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Rəssam yaradıcılığının müxtəlif dövürlərində qızıl, gümüş medallarla, o cümlədən diplomlarla təltif edilib. Rəssam bir çox Beynəlxalq sərgilərin, həmçinin fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

7 oktyabr 2021-ci il tariixndə vəfat edib.

Ailə idi, iki uşağı var.

Yaradıcılığı 1983 Qasım bəy Zakirin qəbirüstü abidəsi — Şuşa şəh. 1984 Ü. Hacıbəyov və Bül-Bül abidə büstü — Şuşa şəh. 1988 "Xalqlar Dostluğu" parkında "Xanəndə" heykəli — Ulyanovsk şəh. 1991 Bülbülün heykəli — Axundov adına kitabxana — Bakı şəh. 1994 Memorial lövhə — Ə. Dəmirçizadə — Bakı şəh. 1996 Büst General — Ə. Şıxlınski — Bakı şəh. 1999 Memorial lövhə — Ə. İbrahimov — Moskva şəh. 2004 Prezident H. Əliyevin büst abidəsi. Neft daşlan — Bakı şəh. 2004 Prezident H. Əliyevə həsr olunmuş xatirə sikkələri.

İstinadlar

Kateqoriya:Azərbaycan Rəssamlar İttifaqının üzvləri