Qırmızı qurdeşənəyi () — autoimmun xəstəliklərdən biri. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir.

Etimologiyası Latınca Lupus erythematosus ifadəsinin hərfi anlamı "qızartılı qurd" deməkdir. Hind-Avropa dillərində "lupus" sözünun açıqlaması yoxdur.

Latın dilində erythematosus (qızarmış) sözü yunan dilindən alınma erythemadan (qızartı) törəyib. Sonuncu isə erythainein (qızarmaq) felindən əmələ gəlib.

Səbəbləri Qurd eşənəyinin spesifik səbəbləri yoxdur. Bəzi amillər təhrikedici ola bilər:

İrsi / Genetik EMedicine. R Hal Scofield, MD, Professor, Department of Medicine. Genetics of Systemic Lupus Erythematosus. Ətraf mühit: infeksiya, günəş şüası Dərmanlar

Təsnifat

Kliniki baxımdan qurd eşənəyi bir neçə cür olur:

sistematik EMedicine. Christie M Bartels, MD, MS; Chief Editor: Herbert S Diamond, MD. Systemic Lupus Erythematosus (SLE). EMedicine. Ivan D Camacho, MD, Voluntary Assistant Professor of Dermatology. Bullous Systemic Lupus Erythematosus (BSLE). - ən yayqın forması, daxili orqanların patoloji prosesə cəlb olunması ilə səciyyələnir. dəri forması (natamam qurd eşənəyi) - yalnız dərinin zədələnməsi ilə müşayiət olunur EMedicine.Ivan D Camacho, MD, Voluntary Assistant Professor of Dermatology. Acute Cutaneous Lupus Erythematosus (ACLE). EMedicine. Jeffrey P Callen, MD, Professor of Medicine (Dermatology). Subacute Cutaneous Lupus Erythematosus (SCLE). . 3 cür olur: yerli, yayılmış və uşaq diskoid formaları EMedicine. A Brooke W Eastham, MD, Resident Physician. Discoid Lupus Erythematosus. . dərmanların törətdiyi forma EMedicine. Ivan D Camacho, MD, Assistant Professor of Dermatology. Drug-Induced Lupus Erythematosus. neonatal forma (körpələrdə qurd eşənəyi) EMedicine. Jeffrey P Callen, MD, Professor of Medicine (Dermatology). Neonatal and Pediatric Lupus Erythematosus. EMedicine. Marisa S. Klein-Gitelman, MD, MPH, Associate Professor of Pediatrics. Pediatric Systemic Lupus Erythematosus.

Əlamətləri (simptomları) Qırmızı qurd eşənəyi istənilən orqanı zədələyə bilər. Heç də bütün xəstələrdə dəri zədələnmələri olmur. Bəzi xəstələrdə yalnız bir orqan sistemi patoloji prosesə cəlb oluna bilər: məsələn, yalnız psixoz və ya qlomerulonefrit şəklində özünü büruzə verən kliniki biçimdə. Digər xəstələrdə bütün orqan sistemləri zədələnə bilər: bəzən bu eyni vaxtda baş verə bilər, bəzənsə tədricən gedən proqres sonucu ola bilər.

Dəri zədələnmələri makular, diskoid, bullöz (suluqlu) ola bilər. Daxili orqan zədələnmələri bir və ya bir neçə orqan sistemlərin cəlb olunması ilə izlənilə bilər. Sinir sistemi: psixoz, qıcolma (rus. sudoroqa), xoreik hiperkinez, ürək-damar sistemində aşırı laxtalanma sonucu baş verən ifliclər və s.EMedicine. Tarakad S Ramachandran, Professor Emeritus of Neurology and Psychiatry. CNS Lupus. Qanyaradıcı toxumalar: leyko- və limfositopeniya, anemiya, trombositopeniya və trombozlar. Ürək-damar sistemi: Libman-Saks endokarditi (qeyri-yoluxucu revmatik endokardit) EMedicine. Xiushui (Mike) Ren, MD, Cardiovascular Physician. Libman-Sacks Endocarditis. , perikardit, antifosfolipid sindrom nəticəsində aşırı laxtalanma və Tənəffüs sistemi: plevrit Sidik-ifrazat sistemi: qlomerulonefrit, nefrotik sindrom EMedicine. Lawrence H Brent, MD, Associate Professor of Medicine. Lupus Nephritis. Törəmə orqanları: ürək-damar sistemində aşırı laxtalanma sonucu baş verən uşaq salmalar EMedicine. Ritu Khurana, MD, Chief of Rheumatology. Systemic Lupus Erythematosus and Pregnancy. .

Diaqnostika İnkişaf etmiş ölkələrdə qurd eşənəyi xəstələri çox vaxt bir neçə tibbi uzman tərəfindən müayinə və müalicə olunur. Məsələn, diaqnostika mərhələsində dermatoveneroloq xəstəni revmatoloq ya da terapevtin yanına yollaya bilər. Bunu psixiatr, nevropatoloq, ginekoloq da edə bilər, xəstəliyin ilkin simptomlarından asılı olaraq.

Dəri formaların diaqnostikası Dəri formaları dərinin biopsiyası və qanda lupus-spesifik antibədənciklərin (əks-cisimlərin) səviyyəsini bəlirləmə nəticəsində qoyulur. Bu zaman daxili orqanların müayinəsi heç bir patoloji zədələnmə olmadığını göstərir.

Sistemli formanın diaqnostikası Başqa autoimmun xəstəliklərdən ayırd olunmasını asanlaşdırmaqdan ötürü Amerikan Revmatoloji Kolleci 1982-ci ildə Sistemli qırmızı qurd eşənəyinin sinifləndirmə kriterlərini tərtib etdi . Amerikan Revmatoloji kollecinin 11 meyarı:

Üzün kəpənəkvari eritemi (qızartı, səpgi) Diskoid qurd eşənəyi Gün işığına həssaslıq Ağız və burunda selikli qişanın xoraları Qeyri-eroziv artrit (oynaq iltihabı) Plevrit və ya perikardit Nefrit (sidikdə silindrlərin və ya zülalın səviyyəsi günə 500 mg-dan artıq olması) Ensefalopatiya (qıcolma və ya psixoz) Qan dəyişikləri: retikulozlu hemolitik anemiya, və ya leykopeniya (< 4,000/mm³ - 2 dəfədən artıq müşahidə olunan), və ya limfopeniya (< 1,500/mm³ - 2 dəfədən artıq müşahidə olunan), və ya trombositopeniya (<100,000/ mm³ - bunu törədə bilən dərmanların təsiri istisna olubsa) İmmunoloji pozuntular: ikiqat sarmallı DNT-a qarşı antibədənciklərin (anti-isDNA-AB), və ya Smith-Antigeni antibədənciklərin (Sm-AB), və ya antifosfolipid antibədənciklərin (antikardiolipin antibədəncikləri, müsbət lupus-antilaxtalayıcı testi, və ya yalançı-müsbət Vasserman reaksiyası) qanda tapılması. Anti-nüvə antibədəncikləri (ANA)

11 kriterdən ən azı dördü müsbətdirsə, sistemli qırmızı qurd eşənəyindən danışmaq olar. Bunlar rəsmi olaraq sinifləndirmə kriterləri adlandırılsa da, Qərb uzmanları tərəfindən praktikada diaqnostika üçün də geniş istifadə olunur. Ancaq AKR meyarlarının bəzi nöqsanlarını bilmək çox önəmlidir:

EMedicine. Niral M Patel. Anti-Smith Antibody.

Müalicəsi

Qlukokortikoidlər Immuno-depressantlar Sitostatik perparatlar Salisatlar Pirazolon preparatları Indometasin

Bədəndəki histamin nisbətinin yüksəlməsi allergiyaya səbəb olar. Histaminin tarazlaşdirmaq üçün histaminli və ya kortizonlu dərmanlar verilir. Antihistaminik və kortizonlu (kortikoidlər) dərmanların əlavə təsirləri çoxdu.

Fizioterapiya və reabilitasiya

EMedicine. Bertram Greenspun, Clinical Associate Professor, Department of Physical Medicine and Rehabilitation. Physical Medicine and Rehabilitation for Systemic Lupus Erythematosus.

İstinadlar

Kateqoriya:Revmatologiya Kateqoriya:Dermatologiya Kateqoriya:Dəri lupus eritematozusu Kateqoriya:Autoimmun xəstəlikləri Kateqoriya:Sistemik birləşdirici toxuma xəstəlikləri