Şükufə İmran qızı Musayeva — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının Xalq artisti (2018).
Həyatı Şükufə Musayeva 1988-ci ildə Şuşa Mədəni-Maarif məktəbinin özfəaliyyət teatr kollektivinin rəhbəri fakültəsini, 1995-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. 1991–1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə qəlpə yarası almışdır. Aldığı yaralardan sonra dünyaya uşaq gətirmək qabiliyyətini itirib.
Ş. Musayeva 1998-ci ildə keçirilən II Ümumrespublika Eksperimental tamaşalar festivalında Ana ("Addım səsləri", S. Bekket), 1999-cu ildə keçirilən "Milli klassika" festivalında Şəhrəbanu xanım ("Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur", M. F. Axundov), 2002-ci ildə keçirilən A. Şərifzadə adına "Üfüq-XX1" mono tamaşalar Festivalında Uşaq ("Çiçəklər açılanda", A. Həsənoğlu), 2005-ci ildə keçirilən "Boş məkanın dolğunluğu" teatr festivalında Qadın ("Musiqili məktublar", F. Mustafa) kimi müxtəlif xarakterli rollar oynayaraq Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən diplom və mükafatlara layiq görülmüşdür.
25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2003-cü ildə, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 27 may 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür.
Əsas rolları Arşın mal alan (Üzeyir Hacıbəyov) — Telli Özümüz bilə-rik (S. Ələsgərov və Ş. Qurbanov) — Nailə Durna (S. Rüstəmov və S. Rüstəm) — Nisə Ayının min bir oyunu (S. Qənizadə) — Gülcamal Marqaritka (A. Salakru) — Marqarita Gözəlləri necə qaçırırlar (B. Appayev) — Məkkə Xəlifə Leylək (V. Qauf) — hind şahzadəsi; saray əyanı Aydın (C. Cabbarlı) — Susanna Ağıllı adam (F. Mustafa) — qadın; dəli Şuşa dağlarını duman bürüyüb (Elçin) — Güləndam nənə Sehirli kreslo (F. Karinti) — Berta Pənah evi (Ə. Quluzadə) — Gülzar Bayramın birinci günü (N. Hikmət) — Fəxründə xanım Tamahkar (S. S. Axundov) — Şərəf xanım Dağılan tifaq (Ə. Haqverdiyev) — Sona xanım Güllələnmiş heykəllərin fəryadı (H. Mirələmov) — Xurşid Banu Natəvan
Filmoqrafiya Kəndim+nizə qayıdın!? (film, 2007) Qaydasız döyüş (film, 2009) Qüdsi (film, 2007)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər