Riçard Aksel () — amerikan alim, molekular bioloq, 2004-cü ildə iybilmə reseptorlarının kəşfi və iybilmə sisteminin quruluşu üzrə araşdırmalarına görə Dr. Linda B. Buck-la birgə Nobel mükafatına layiq görülüb.
Həyatı Riçard Aksel 1946-cı ilin iyul ayının 2-də ABŞ-də Nyu-York şəhərində anadan olub. 1970-ci ildə Johns Hopkins Universitetini bitirib. 1978-ci ildə Columbia Universitetinin Patologiya and Biokimya fakültəsinin professoru olub. 1984-cü ildən bəri Columbia Universitetinin nəznində Howard Hughes Tibb İnstitutunun araşdırmacısı, 1999-cu ildən isə Universitet professorudur.
Üzvlüklər və ödüllər 1969 - Johns Hopkins adına Tibbi Toplumun Tədqiqat Ödülü 1983 - Eli Lilly Ödülü 1983 - Amerikada Milli Elmlər Akademiyasının üzvü 1983 - Amerikada Humanitar və Təbii Elmlər Akademiyasının üzvü 1984 - Nyu-York Akademiyasının biologiya və tibb üzrə Təbii Elmlər ödülü 1989 - Amerikanın Milli Elmlər Akademiyasının Riçard Lounsbery ödülü 1996 - Dr. Linda Buck ilə birgə Unilever Təbii Elmlər Ödülü 1997 - Elm və Texnologiyada Təkmilləşməyə görə Nyu-York Şəhər Merinin Ödülü 1998 - Nevrologiji tədqatda yüksək nailiyyətlərə görə Bristol-Myers Squibb Ödülü 1999 - Columbia Universitetinin Aleksander Hamilton Ödülü 2001 - Biotibbi elmlərdə yüksək xidmətlərə görə Nyu-York Tibbi Academiyasının medalı 2003 - Gairdner Fondunun Nevrologiyada nailiyyətlərinə görə Beynəlxalq ödülü 2003 - Dr. Linda Buck birgə Perl/UNC Nevroloji mükafatı 2003 - Amerikan Fəlsəfə Cəmiyyətinin üzvü
İstinadlar
Həmçinin bax Nobel mükafatı
Xarici keçidlər Riçard Akselin iybilmə sistemi haqqda Nobel Mühazirəsi (ingiliscə)
Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri