Elnur Abbasquliyev — azərbaycanlı aktyor.
Həyatı 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram taetrı və kino aktyoru" fakültəsinə daxil olmuş və 2000-ci ildə universiteti bitirmişdir. 1996-2000-ci illərdə Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomima Teatr-Studiyasında, 2000-2009-cu illərdə Dövlət Pantomim Teatrında aktyor işləmişdir. 2009-cu ilin sentyabr ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında işləyir. Bir neçə televiziya tamaşasında və filmdə rol oynamışdır.
Festivallar: 1998-ci il, 14-28 noyabr "Hamletsiz Hamlet" sənətkarliq kursu, Tbilisi, Gurcustan.
1999-cu il, 26-30 aprel, "Azərbaycan mədəniyyət günləri"- Moskva, Rusiya.
1999-cu il 18-28 noyabr, "IV Ankara teatr festivalı"- Ankara, Turkiyə.
2000- cil il 17 sentyabr-8 oktyabr "Qızıl maska" Beynəlxalq teatr festival- Tbilisi, Gürcüstan
2000-ci il 4-10 noyabr "I Beynəlxalq Pantomima Festivalı"-Tehran, İran
2001-ci il 7-17 noyabr "6 ci Beynəlxalq teatr festivali". Ankara, Turkiyə.
2002-ci il 3-10 mart "Dostluq" teatr festival-Tehran, İran
2002-ci il 17-27 oktyabr “Ankara Ethos Uluslararası” Teatr Festivalı- Ankara, Tükiyə
2002-ci il 9-15 dekabr “OUD-WEST THUIS BEST” Beynəlxalq mədəniyyətlərarası festival – Amsterdam, Hollandiya
2003-cü il 7-14 may “Kiyev-Travnevi, V Beynəlxalq Teatr Festivalı" Kiyev, Ukrayna.
2005-ci il 30 may-6 iyun, "Nouruz" Türkdilli xalqların teatr festivalı- Kazan,Tatarıstan
2006-ci il 1-13 may “VII Uluslararası Karadeniz tiyatro” festivalı- Trabzon,Türkiyə
2007-cı il 10-17 noyabr “Azərbaycan Mədəniyyət günləri” Əl-Riyad, Dubay, Ciddə, Demman, Səudiyyə Ərəbistanı.
2007-ci il 14-17 iyun “Ag ve Qara Beynelxalq Teatr Festivali“ Imatra, Finlandiya.
2007-ci il 17-19 aprel, “Mimolyot 6 ci Beynəlxalq Pantomim ve Muasir Plastika“ Festivali. Moskva, Rusiya.
2016-ci il “Kukla Tamaşalarının Mədəniyyət festivalı” Dehli, Hindistan
2017-ci il “Kukla tamaşalarının Mədəniyyət” festival-Kurqan, Rusiya
Əsas rolları
Dövlət Pantomim Teatrı Şəngül, Şüngül, Məngül (Mehman Musabəyov) — Şəngül 3 badam, 1 qoz — 2-ci badam Uçuş (Şeyx Əttar Nişapuri) — 6-cı saliq Manqurt (Çingiz Aytmatov) — Nayman döyüşçüsü Nağaraçılar (Bəxtiyar Xanızadə) — şagird nağaraçı Şərqə səyahət (Bəxtiyar Xanızadə) — musiqiçi; oğru; Konfutsi Muğam trio – Dizlər (Qurban Məsimov) — kaman ifaçısı Dulusçu (Üzeyir bəy Hacıbəyovun "Biz nə tövr iş görürük?" felyetonu əsasında) — 1-ci mim İnsan (A.Kamyu) — dalandar; qoca Salomono Zibillik pərvanələri (Bəxtiyar Xanızadə) — skripkaçı Eşq (Bəxtiyar Xanızadə) — Ulduz; vərəq Balaca şahzadə (A.Ekzüperi) — qızılgül Maska (Z.Zeynalov) — dairə Kölgə (Bəxtiyar Xanızadə) — tələbə Korlar (A.Məmmədov) — kor
Azərbaycan Dövlət Kukla Teatrı Zınqırovlu pişik — uzunquyruq siçan
Filmoqrafiya Bəylik dərsi (film, 2007) — məzhəkəçi Cavid ömrü (film, 2007) — gənc şair Kişiləri qoruyun (film, 2006) QAZ (film, 2005) — dəli Manqurt (film, 2003) Nigarançılıq (film, 1998) Salur Qazanın evi talandığı boy (film, 2001)
İstinadlar
Xarici keçidlər Elnur Abbasquliyev
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları