thumbnail|Pilək tikməli ayaqqabı
Pilək tikmə () - pulcuqlu tikmə.
Söz açımı
Növləri Pilək tikmə taxça, buxarı, güzgü pərdələri, divar bəzəkləri və xırda əşyaların hazırlanmasında istifadə olunub. Pilək əlvan metal dairəciklərdən hazırlanıb və əsasən şal, mahud, qanovuz parça üzərində icra olunub.
Çaxma pilək (zərənduz) tikmə Şəki, Şamaxı, Lahıc və Şuşada daha geniş intişar tapıb. Bu sənət daha çox zərgərliklə bağlı olub. Burada istifadə olunan çaxma piləklər zərgərlər tərəfindən döymə və basma (qəlibkarlıq) üsulu ilə hazırlanarmış. Metal lövhələr ağır olduğundan məxmər, tikmə, xara, mahud kimi möhkəm parçalardan istifadə olunub. Belə tikməli əşyalar məişətdə taxça, buxarı, güzgü pərdəsi , pərdəbaşı süfrə və sairə məqsədlərlə istifadə olunub. Metal lövhəciklər müxtəlif formalı buta, paxlava, üçbucaq, dördkünc, dairə, quş, balıq və s. şəklində hazırlanırdı. XIX əsrdə zərənduz üsulunu qadın üst paltarlarının ətək və yaxalarına qaytanla bərabər tətbiq edirdilər. Buta, gülbuta, gülbənd və s. şəkilli piləkləri paltar yaxasına düzdükdə ona "düymə", "həbbaf” da deyilirdi.Savalan Fərəcov - Lifli rəssamlıq sənəti: tikmələr . Mədəniyyət.- 2011.- 28 yanvar.- S. 15.Nizami kitabxanası - Azərbaycan tikmə sənəti.
İstinadlar
Video Pilək tikmə növü, pərdə bərpası Tikiş maşınıyla pilək tikmə
Həmçinin bax Tikmə
Kateqoriya:Tikmələr