Həzrət Əli məscidiAzərbaycan və Əhli-beyt irsi, Bakı, Elm və təhsil, 2013. ISBN 978-9952-809-89-9 . 96–97-ci səhifələr arasındakı şəkillərdə şəkil izahı və ya Seyid Yəhya Murtuza məscidi — İçərişəhərdə yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan məscid.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid yenidən fəaliyyət göstərməyə başlayıb.
Tarixi Məscid XVII əsrdə İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib. Məscidi Seyid Yəhya Murtuza öz şəxsi vəsaiti hesabına tikdirib və özü din xadimi kimi məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var.
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Həzrət Əli məscidi də sovet işğalından sonra fəaliyyətini dayandırıb. Sovet dövründə məscidin binasında dülgər sexi fəaliyyət göstərib.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscidin qəzalı binası təmir edilib və məscid yenidən fəaliyyət göstərməyə başlayıb.
Qalmaqal
2018-ci ildə məscidlə üzbəüz şərab evinin açılması narazılığa səbəb olub.
Həmçinin bax Cümə məscidi Gileyli məscidi Tuba Şahi məscidi
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İçərişəhər Kateqoriya:Bakı məscidləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış ölkə əhəmiyyətli memarlıq abidələri Kateqoriya:XVII əsr məscidləri Kateqoriya:Bakının görməli yerləri