3096 gün () — rejissor Şerri Hormannın filmi. Baş rolları Antonia Kempbell-Hyuiz və Ture Lindhardt oynayır. Film 10 yaşında texnik Volfqanq Priklopil tərəfindən oğurlanmış və 8 il müddətində əsir saxlanılan Nataşa Kampuş adlı avstriyalı qızın eyniadlı əsəri əsasında ekranlaşdırılmışdır.
Süjet 1998-ci ilin mart ayında, məktəbə gedən 10 yaşlı Nataşa Kampuşu texnik Volfqanq Priklopil oğurlayır. O qızı Ştrashof an der Nordbanda yerləşən evinə gətirir. Nataşa eyni zamanda onun üçün həm işçi, həm də məşuqəyə çevrilir. İlk vaxtlar Volfqanq öz qurbanını evdən heç bir yerə buraxmır, lakin sonralar özü ilə birgə onu küçəyə çıxarır. O hətta Nataşanı xizək gəzintisinə də aparır. Orada Nataşa kömək diləyi ilə tualetdə bir qadını xahiş edir, lakin həmin qadın rusiyalı turist olur və onun dediyini anlamır.
8 ildən sonra Nataşa əsirdən xilas ola bilir, o Volfqanqdan qaçmağı bacarır və bunu bilən oğru qatarın altına özünü ataraq intihar edir
Rollarda
Aktyor Rol Antonia Kempbell-Hyuz Nataşa Kampuş Ture Lindhardt Volfqanq Priklopil Trine Dürholm Brigitta Sirni Ameliya Picen Kampuş uşaqlıqda Dirbla Molloy Valtraud Priklopil Röland Vaysnekker Lüdviq Kox Ellen Şvirs Kampuşun nənəsi Erni Manqold Priklopilin nənəsi Sebastian Veber Ernst Holtsapfel Ancelina Noa rusiyalı turist qadın Yaranma tarixi Başlanğıc Kampuş qaçışından dərhal sonra, bir çox media, pressa və kinematoqrafların marağına səbəb oldu. Onun 8 il həyatının ekraziya olunmasını da təklif edilmişdi. KİV-də məlumatlar yayıld ki, filmdə çəkilməyə görə, ona bir milyon funt təklif olunub. Həmçinin pressada gəzilən şayələrə görə, filmin ekranizasiyasını Elay Rot öz üzərinə götürüb.
2010-cu ildə Kampuş «3096 gün» adlı avtobioqrafik əsərini çap etdirir.Elə o zaman da məlum olur ki, filmin prodüseri və ssenari müəllifi Bernd Ayhinger olacaq. Lakin 2011-ci ildə Ayhinger gəflətən infarkt nəticəsində vəfat edir. O vaxta o artıq öz ssenarisinin 50 səhifəsini yazmışdı.
Ayhingerin ölümündən sonra filmin yaradılması bir müddət dayandırılmışdı, ancaq Constantin Film kinokompaniyası filmin çəkilişləri davam edəcəyini dedi.
Kastinq Ayhenger Kampuş rolu üçün Keyt Uinsleti dəvət edir, amma nəticədə bu rol Parlaq ulduz filmində çəkilən britaniyalı aktrisa Antoniya Kempbell-Hyuza qismət olur. Öz qəhrəmanını filmdə daha realistik göstərmək üçün Antoniya arıqlamağa və saçlarını kəsməyə məcbur oldu. Evening Standard qəzetinə verdiyi intervyuda Elə əvvəlcədən mənim qəhrəmanım kimi, mənim də əzab çəkəcəyim nəzərdə tutulurdu — Kempbell-Hyuz deyir.
Kampuşun uşaqlığını Torki şəhərindən olan Ameliya Picen oynadı. Rejissorun dediyinə görə, qızı kastinq-direktor Pippa Holl uşaq müəssisələrində Kampuşa bənzəyən qızı axtararkən tapıb. Bundan sonra Picen Londona gələrək bu rolu alır.
Priklopil rolu isə danimarkalı aktyor Ture Lindhardta qismət oldu. Hormanın dediyinə görə, bir çox aktyorlar pedofil rolu oynamaqdan imtina etdilər. Kampuşun anası Brigitta Sirnini isə Trine Dürholm oynadı.
Çəkiliş Filmin çəkilişləri 2012-ci ildə başlamışdı, çəkiliş yeri kimi Münhen şəhəri seçilmişdi. Film daha çox xarici seyircilər üçün nəzərdə tutlduğundan, çəkilişlər ingilis dilində keçirilmişdi, Almaniya üçün isə sinxronlaşdırılmış tərcümə edilmişdi.
Reliz Filmin premyerası 25 fevral 2013-cü ildə Vyanada baş tutmuşdu. Burada Kampuşun özü də iştirak edirdi, lakin o hər-hansı bir suala cavab verməkdən imtina etdi. Fevralın 28-də film geniş prokatla Almaniya və Avstriyada satışa buraxıldı.
İlk uik-enddə filmi 144 000 seyirci izlədi.
Mükafat və nominasiyalar Mükafat və nominasiyalar Mükafat İl Kateqoriya Nominasiya olunub NəticəRomy Gala2013Ən yaxşı operator işiMixael Ballhaus
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Almaniya filmləri Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş filmlər Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:2013-cü ilin dram filmləri Kateqoriya:Adam oğurluğu haqqında filmlər Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2002-ci il haqqında filmlər Kateqoriya:2003-cü il haqqında filmlər Kateqoriya:2004-cü il haqqında filmlər Kateqoriya:Constantin Film filmləri Kateqoriya:Uşaq oğurluğu haqqında filmlər Kateqoriya:Real hadisələr əsasında çəkilmiş dram filmləri Kateqoriya:Avtobioqrafik əsərlərin ekranlaşdırılması