Arvid Karlsson (; ) - İsveç farmakoloqu, 2000-ci ildə Pol Qrinqard və Erik Kandellə birgə sinir sistemində siqnal ötürülməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb.

Həyatı Arvid Karlsson 1923-cü ilin yanvar ayının 25-i İsveçdə, Uppsala şəhərində orta təbəqədən olan ziyalı ailəsində anadan olub. 1941-ci ildə Lund Universitetinə daxil olur, 1951-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alır. 1944-ci ildən farmakologiya kafedrasında asistent kimi çalışır. 1951-ci ildə yardımçı professor, 1956-cı ildə dosent (Associate Professor) adına layiq görülür. 1955-1956-cı illərdə ABŞ-nin Milli Ürək İnstitutunda Kimyəvi Farmacologiya Laboratoriyasında qonaq professor olub. 1959-cu ildə İsveçin Qotenburq Universitetində farmakologiya üzrə professor olur (1959-1976 illərdə müdir).

Üzvlüklər 1962 -Uluslararası Neyro-Psixofarmakoloji Kollegiyasının (Collegium Internationale Neuro-Psychopharmacologicum) üzvü (Prezident 1978-1980). 1968 -nQotenburqda Texniki və Humanitar Elmlər üzrə Kral Cəmiyyətinin 1972 - Yapon Farmakoloji Cəmiyyətinin xarici üzvü 1974 - Amerikan Neyropsixofarmakoloji Kollecinin xarici üzvü 1974 - Alman Farmakoloji Cəmiyyətinin müxbir üzvü 1975 - İsveç Kral Elmlər Akademiyasının üzvü 1983 - Qotenburq Tibbi Cəmiyyətinin fəxri üzvü 1989 - Avropa Akademiyasının (Academia Europaea) üzvü 1991 - Bioloji Psixiatriya üzrə Cəmiyyətlərinin Dünya Federasiyasının fəxri üzvü 1992 - Uluslararası Neyro-Psixofarmakoloji Kollegiyasının fəxri üzvü 1992 - Tibb və Psixitriya Akademiyasının (Academia Medicinae & Psychiatriae) fəxri üzvü 1996 - ABŞ-nin Milli Elmlər Akademiyasının Tibb İnstitutunda ortaq xarici üzvü 1997 - İsveç Bioloji Psixiatriya Cəmiyyətinin fəxri üzvü 1998 - Alman Bioloji Psixiatriya Cəmiyyətinin fəxri üzvü 1999 - Skandinav Psixofarmakoloji Cəmiyyətinin fəxri üzvü 2000 - Qərbi İsveçin Parkinson Assosiasiyasının (Parkinsonföreningen i Västra Sverige) fəxri üzvü

Ödüllər və mühazirələr

1947 - Lund Universitetinin (İsveç) Magnus Blix adına Ödülü 1970 - Parkinson Xəstəliyi Fondunda (Nyu-York) İlk İllik Ceyms Parkinson Mühazirəsi və Ödülü - Per Dabb Qızıl Medalı, neurokimya sahəsində araşdırmalarına görə, Qotenburq Tibbi Cəmiyyəti 1973 - San Dieqo Neyrologiya Cəmiyyətinin (Kaliforniya) İkinci İllik Qrass Fondu Mühzairəsi 1974 - Oslo Universitetinin (Norveç) Anders Yare Tibbi Ödülü 1975 - American Psixiatrları Kollecinin (Feniks, Arizona) Stenli R. Din Mühazirə və Ödülü - antidepressantlar və neyroleptiklər üzrə araşdırmalarına görə Anna-Monika Fondunun (Münxen) Birinci Mükafatı 1978 - İsveç Kralının Medalı 1979 - Tibb üzrə Volf Ödülü, Yerusəlim, İsrail (R. V. Sperri və O. Hornikviçlə birgə). 1981 - Uppsala Universitetinin (İsveç) Björkénska Ödülü - Tomas Vilyam Salmon Mühzairələri və Medalı, Nyu-York 1982 - Gerdner Fondunun Ödülü, Toronto, Kanada. 1985 - İsveç Kral Elmlər Akademiyasının Hilda və Alfred Eriksson Ödülü - Parkinson xəstəliyinin tədqiqatına görə Senator Dr. Frants Burda Fondunun (Vyana, Avstriya) təqaüdü 1986 - Helsinki Universitetinin (Finlandiya) Medalı 1988 - Lund Universitetinin (İsveç) İllik Neyrobioloji Mühzairə Ödülü. İsveç Tibbi Assosiasiysaının Yubiley Ödülü 1989 - Seçkin Mühazirə Sırası, İrvin Nevrologiya Assosiasiysaı (İrvin, Kaliforniya) - Nevroloji araşdırmalarda Seçkin Nailiyyətlərinə görə İkinci İllik Bristol-Mayers Ödülü, Nyu-York (C. Akselrod və P. Qrinqardla birgə) - Pördyu Universitetinin (Qərbi Lafayet, İndiana) Varro E. Tayler Seçkin Mühzairə Ödülü 1990 - Amerikan Psixopatoloji Assosiasiyasının (Nyu-York) Paul Yüksək Ödülü - Amerikan Parkinson Xəstəliyi Assosiasiyasının (Mayami, Florida) Fred Springer Ödülü 1991 - Vilyam K. Uorren Şizofreniya Araşdırmalar Ödülü (Takson, Arizona). 1992 - Yansen Araşdırmalar Fondunun (Paris, Fransa) Psixiatriya üzrə Açıq Fikir Ödülü (H. Hippius və H. van Praaqla birgə) - Katexolamin Klubunun (Anaheym, Kaliforniya) Yulius Akselrod Medalı . 1993 - Lilli Mühazirəsi (İndianapolis, Indiana). 1994 - Miçiqan Universitetində Albert Barrett Anma Mühzairəsi - Yapon Elm və Texnologiya Fondunun Psixologiya və Psixiatriya üzrə Yapon Ödülü - ABŞ-nin Şizofreniya və Depressiya Araşdırmaları üzrə Milli Birliyinin Elmi Şurasının verdiyi şizofreniya araşdırmalarına görə Liber Ödül 1995 - Lundbek Fondunun (Roskilde, Danimarka) Tədqiqat Ödülü. Robert J və Kler Pasarov Fndunun Neyropsixiatrik Araşdırmalar Ödülü (Los-Anceles, ABŞ). - Avropa Neyropsixofarmakoloji Kollecinin VIII Konqresində (Venesiya) Sintelabo Mühazirəsi 1996 - American Bioloji Psixiatriya Cəmiyyətinin "Ömür Nailiyyəti" lövhəsi - İsveç Parkinson Assosiasiyasının Qızıl Medalı və Fəxri Diplomu 1997 - Münxendə (Almaniya) Psixiatriya üzrə Maks Plank İnstitutunun Krepelin Qızıl Medalı 1998 - Kanadanın Bioloji Psixiatriya Cəmiyyətinin (Toronto) Qızıl Medalı 1999 - Bari Universitetinin (İtaliya) Qızıl Medalı, Seçkin Mühazirəsi və Ödülü - Dei Linçei Akademiyasının (Vaşaqgözlülər Akademiyası, Roma) Uluslararası Antonio Feltrinelli Ödülü 2000 - Tibb və Fiziologiya üzrə Nobel Ödülü.

İstinadlar

Xarici keçidlər Arvid Karlssonun neyroötürücülərin araşdırması tarixi haqqda Nobel Mühazirəsi (ingiliscə)

Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Fiziologiya Kateqoriya:İsveçdə doğulanlar Kateqoriya:İsveçdə vəfat edənlər