Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu — 2009-cu il mayın 25-də istifadəyə verilmiş Şəmkir Olimpiya İdman Kompleksində stadion. 2500 nəfərlik tamaşaçı tutumuna malikdir. 2009-cu ilin avqust ayından yenidən bərpaolunmuş və 2017-ci ildə fəaliyyətini dayandırmış Şəmkir FK ev oyunlarını bu stadionda keçirmişdir. 2013-cü ildə "Qala Şəmkir" adı ilə yaranmış Şəmkir PFK ev oyunlarını burada keçirir.

İstinadlar

Kateqoriya:2009-cu ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Azərbaycan futbol stadionları