I İvan Asen - İkinci Bolqarıstan imperiyasının ikinci imperatoru. 1185-ci ildə Bizans imperiyasına qarşı qaldırılan qiyamın başçısı olmuşdur. Qardaşı IV Pyotr ilə birlikdə II İsaak Angelosu məğlub edərək müstəqil dövlət qurmuşdur. Hakimiyyəti I Fridrix Barbarossa ilə müttəfiqliklərini təhlükə kimi görən II İsaakın ordusunu ağır məğlubiyyətə uğratdığına görə 1189-cu ildə qardaşı IV Pyotr tərəfindən çar elan olunmuşdur. 1191-ci ildə Sofiya və Nişi ələ keçirən İvan, 1195-ci ildə Belqradı, 1196-cı ildə də Melniki ələ keçirmişdi. Serres döyüşündə böyük qalibiyyət qazandıqdan sonra geriyə qayıdan İvan Asen, öz generallarından biri olan İvanko tərəfindən öldürülmüşdür.Nicetas Choniates, Historia, ed. J.-L. Van Dieten, 2 vols. (Berlin and New York, 1975); trans. as O City of Byzantium, Annals of Niketas Choniates, by H.J. Magoulias (Detroit; Wayne State University Press, 1984) Ailəsi İvan Asenin ilk həyat yoldaşı Mariya adlı bir qadın olmuş, daha sonra Yelena adlı bir qadınla evlənmişdir. İki oğlu olmuşdur: II İvan Asen Aleksandr Asen İstinadlar

Kateqoriya:Bolqarlar Kateqoriya:Hökmdarlar