250px|thumb|right|Hər il, Ərbəin günündə milyonlarla şiə Kərbəladakı İmam Hüseyn məscidi ətrafında toplanır.
Ərbəin günü ( qırxıncı gün) şiəlikdə, hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günü. Bu gündə, Məhərrəm ayının onuncu günündə, Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. İmam Hüseynin müqəddəs məzarı ilk dəfə Ərbəin günündə ziyarət edilmişdir. Ərbəin günündə dünyada ən böyük anma mərasimləri keçirilir. Məhz 2010-cu ildə Ərbəin günü münasibətilə 15 milyon insan Kərbəlaya gəlmişdir. Ərbəin haqqında Ərbəin günü Səfər ayının 20-sinə təsadüf edir. Hüseyn ibn Əlinin şəhadətindən qırx gün sonra, əsir karvanı olan Hüseyn ibn Əlinin ailəsi Suriyadan Mədinəyə qayıtdı. Tarixdə ilk dəfə Məhəmməd peyğəmbərin səhabəsi Cabir ibn Abdullah Ənsari və Ətiyyə əl-Əvfi Hüseyn ibn Əlinin məzarını ziyarət etmək üçün Mədinədən Kərbəlaya gəlmişlər. Tarixi mənbələrə əsasən Cabir Hüseynin məzarını ilk ziyarət edən şəxs olmuşdur. Ərbəində Hüseyn ibn Əlini ziyarət etmək tövsiyə olunur və bu ziyarət Ərbəin ziyarəti adlanır. Qriqori təqvimində Ərbəin günü Ərbəin günü Qəməri təqvimi ilə müəyyən olunduğu üçün Qriqori təqvimi ilə fərqlər mövcuddur və ildən ilə dəyişilir. Qriqori təqvimi ili Tarix Hicri-Qəməri təqvimi ili 2016 20 noyabr 1437 2017 9 noyabr 1438 2018 30 oktyabr 1439201919 oktyabr144020201441202127 sentyabr 1443202217 sentyabr1444202306 sentyabr1445202425 avqust1446202514 avqust1447202604 avqust1448202724 iyul1449
Həmçinin bax Kərbəla döyüşü Mənbə
Kateqoriya:Şiəlik Kateqoriya:İslam mədəniyyəti Kateqoriya:İslam terminləri