Babaqar silsiləsi (, ) — Gürcüstan, Ermənistan və Azərbaycanda dağ silsiləsi. Oronimin mənşəyi Babaqar və ya Babakar/Babakər oronimi baba (Türkdilli xalqların böyük əksəriyyətində, o cümlədən azərbaycanlılarda yüksək dağ zirvələri baba adlandırılır) və kar/qar (qədim türk dillərində dağ mənasını verirdi) sözlərindən düzəlib, "yüksək dağ", "müqəddəs dağ" deməkdir.

Zirvələri SSRİ ordusunun 1976-cı ildə tərtib etdiyi və 1985-ci ildə yenilədiyi topoqrafik xəritəyə əsasən (miqyas 1:100000): Ermənistan ərazisində, qərbdən şərqə doğru DanadağЛист карты K-38-102 Алаверди. Масштаб: 1 : 100 000. — hündürlüyü 800.1 m Eldağ — hündürlüyü 831.8 m Günəştəpə — hündürlüyü 747 m Körpülü — hündürlüyü 959.3 m Keçəltəpə — hündürlüyü 629 m Tərs — hündürlüyü 883.8 m

Gürcüstan ərazisində, qərbdən şərqə doğru Qavaxtəpə — hündürlüyü 513.2 m Ağtəpə — hündürlüyü 451.8 m Adamdaş — hündürlüyü 535.2 m Şiştəpə — hündürlüyü 623 m

Azərbaycan ərazisində, şərq sonluğu 250px|thumb|right|Babaqar dağı BabaqarЛист карты K-38-103 Казах. Масштаб: 1 : 100 000. — hündürlüyü 700.6 m (bəzi mənbələrdə 700 m və ya 708 m olaraqda verilir)

Mənbə Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb" nəşriyyatı, 2007-ci il. Анохин Генрих Иосифович . "Малый Кавказ". Москва, "Физкультура и спорт", 1981 год. İstinadlar

Kateqoriya:Kiçik Qafqaz Kateqoriya:Azərbaycan sıradağları Kateqoriya:Ermənistan sıradağları Kateqoriya:Gürcüstan sıradağları