Dassault Rafale (, hərfən. qasırğa) — fransız Dassault Aviation şirkəti tərəfindən hazırlanan dördüncü nəsil çoxməqsədli qırıcı.

İlk uçuşunu 4 iyul 1986-cı ildə keçirib. Fransanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə müvafiq olaraq 2004-cü və 2006-ci illərdə qəbul olunub.

2009-cu ildə Fransanın müdafiə nazirliyi əlavə olaraq 60 qırıcı sifariş vermişdir. Dassault şirkətinin Rafale təyyarəsi Fransa aerokosmik sənayesinin inkişaf prioritetlərindən sayılır. Bu bütünlüklə - silahlanma, mühhərik, avionika və öz istehsalı baxımından fransız layihəsidir.

Hal-hazırda Rafale, amerikan və hər hansı başqa xarici yardım olmadan Avropa ölkəsi tərəfindən yaradılan sonuncu təyyarə sayılır. İlk dəfə hərbi tətbiqi 2007-ci ilin martında NATO-nun Əfqanıstanda əməliyatı gedişində keçirilib. Eləcə də bu təyyarələr 2011-ci ilin martından etibarən NATO hərbi blokunun Liviyada Müəmmər Qəzzafiyə qarşı əməliyatlarında istifadə olunub. 7 dekabr 2011-ci ildə Fransanın Müdafiə naziri Jerar Longe bəyan etdi ki, (şirkət Fransa HHQ üçün 180 təyyarəlik sifarişi yerinə yetirəndən sonra) əgər qırıcıya xarici sifarişlər olmasa, Rafalın istehsalı dayandırılacaq.

Lakin, 2012-ci ilin yanvarında MRCA, Hindistan HHQ üçün 126 ədəd çoxməqsədli qırıcı sifariş tenderini udması, iri ixrac sifarişini təmin etdi və təyyarəni istehsaldan çıxarılmasından qurtardı.

2018-ci ilə qədər təyyarənin silah və avionika sisteminin yenilənəcəyi gözlənilir.

İstifadəçiləri

Fransa Hərbi Hava Qüvvələri: 91 ədəd Fransa Hərbi Dəniz Qüvvələri: 44 ədəd : 2017-ci ilin noyabr ayına olan məlumata əsasən 14 ədəd Rafale qırıcısı silahlanmaya daxildir. Daha 24 ədəd sifariş olunub. : 36 ədəd : 36 ədəd

Taktiki-texniki xüsusiyyətləri right|300px

Ümumi göstəriciləri Ekipaj: 1-2 nəfər Uzunluğu: 15.27 m Hündürlüyü: 5.34 m Qanadının sahəsi: 45.7 m² Boş çəki: 10,300 kq (Rafale B variantı) Yüklü çəki: 15,000 kq Maksimal qalxma ağırlığı: 24,500 kq Yanacaq tutumu: 4,700 kq (tək oturacaqlı variant üçün); 4,400 kq (iki oturacaqlı variant üçün) Güc təminatçısı: 2 × Snecma M88-2 turbo-reaktiv mühərrik

Uçuş keyfiyyətləri Maksimum sürət: Maksimum hündürlükdə: Mach 1.8 (1,912 km/s) Aşağı hündürlükdə: Mach 1.1 (1,390 km/s) Uçuş məsafəsi: 3,700 km Döyüş radiusu: 1,852+ km Uçuş tavanı: 15,235 m Yüksəkliyə qalxma sürəti: 304.8 m/s Qanad yüklənməsi: 328 kq/m² Çəkmə gücünün çəkiyə nisbəti: 0.988 Maksimum g yüklənmə: +9/-3.6 g

Həmçinin bax Çoxməqsədli qırıcı Qırıcı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:Dassault Aviation təyyarələri Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr Kateqoriya:Fransanın reaktiv qırıcıları