Ametist Ameliya Kelli (; ) — əsasən İqqi Azaliya () adı ilə tanınan Avstraliya reper və modeli. Azaliya 16 yaşında musiqi karyerasını davam etdirmək üçün Avstraliyadan ABŞ-yə köçdü. O, əsasən "Pussy" və "Two Times" mahnı kliplərinin "YouTube" platformasında yayımlanmasından sonra ictimaiyyətdə tanınıb və sürətlə məşhurlaşlaşmağa başlayıb. Azaliya qısa müddət sonra ABŞ reperi T.I.-nin "Grand Hustle" səsyazma şirkəti ilə müqavilə imzladı və ilk debüt işi "Ignorant Art" (2001) mixksteypini buraxdı.

Azaliyanın ilk studiya albomu "The New Classic" (2014) dünya üzrə bir neçə sıralamada ilk beşliyə daxil olmasına baxmayaraq, müxtəlif tənqidi rəylər almışdır. Azaliya "Top R&B/Hip-Hop Albums"da ilk sırada olan qeyri-amerikalı qadın reper oldu. "The New Classic"dən əvvəl ilk sinqlı "Work" və "Fancy" ABŞ-də "Billboard Hot 100" sıralamasına daxil olmuşdu. "Fancy" sinqlı Ariana Qrandenin 2014-cü ildə yayımladığı "Problem" sinqlından sonra ikinci yerdə qərarlaşmışdır. Azaliya bu hitlərlə debütləri ilə "Hot 100"də eyni anda bir və ikinci sırada yer alan ikinci musiqiçi (The Beatles-dən sonra) oldu.

Azaliya planlaşdırdığı ikinci albomu olan "Digital Distortion" üçün bir sıra sinql buraxdı. Lakin albom şirkəti ilə münaqişə, eləcə də şəxsi münaqişələr səbəbindən layihə ləğv olundu. Nəticədə Azaliya Island Records ilə razılaşaraq "Survive the Summer" (2018) EP-sini buraxdı. Sonrakı fikir ayrılıqları Azaliyanın müstəqil sənətçi olaraq öz şirkəti Bad Dreams-i yartmasına səbəb oldu. Onun ikinci albomu "In My Defense" 2019-cu ildə yayımlandı, ardınca həmin il başqa bir EP-si "Wicked Lips"i buraxdı. Musiqiyə ara verməzdən əvvəl 2021-ci ilin avqustunda üçüncü studiya albomu "The End of an Era"nı yayımladı.

Azaliyanın nailiyyətlərinə iki "American Music Award", üç "Billboard Music Awards", bir "MTV Video Music Awards", bir "People's Choice Awards", dörd "Teen Choice Awards" və dörd "Qremmi" mükafatına namizədlik daxildir. Rəsmi YouTube kanalı 3,4 milyard baxış toplayıb, 15 musiqi videosu Vevo-da 100 milyondan çox izlənilib.

Həyatı və təhsili Ametist Ameliya Kelli Sidneydə anadan olub, Yeni Cənubi Uelsin Mullumbimbi şəhərində böyüyüb. Atası Brendan Kelli İralndiya-Avstraliya rəssamı və komiks artisti, anası Tanya isə xidmətçi olub. Azaliya atasının özü tikdiyi, 5 hektar (12 akr) həyəti olan evdə yaşayırdı. Matias və Emerald adlı iki bacısı var.Azaliyaya görə onun nəsili bir qədər aborigendir (yerli avstraliyalı): "Ulu babalarım Avstraliyaya Birinci flot ilə gəlmişdi. Nəslimiz 100 ildən artıqdır ki, bu ölkədədir.Bu açıqlamanı etdiyi tarixdə Birinci flotun gəldiyi tarixdən 223 il keçmişdi. Əgər sizin ailəniz Avstraliyada uzun müddət yaşayıbsa, demək sizdə "aborigen qanı" axır. Mən əminəm ki, mənim ailəm də belədir." Azaliya həmçinin atasının "incəsnətlə yeniyetmə yaşlarında maraqlanmasını təmin etdiyini" və bunun həyatı və karyerasına mühüm əhəmiyyət kəsb etdiyi demişdir. O, 14 yaşında rep oxumağa başladı. Solo karyerasına başlamazdan əvvəl məhəlləsindən olan digər iki qızla birlikdə qrup yaratdı: "Bəlkə də, TLC kimi qrup ola bilərdik. Amma mən Left Eye (Liza Lopes) olacam." Azaliya nəhayət qrupu dağıtmaq qərarına gəldi, çünki digər qızlar bunu ciddi qəbul etmirdilər. O hətta demişdi: "Mən etdiyim hər şeyi ciddi qəbul edirəm. Mən çox rəqabətciləm."

Azaliya Amerikaya köçmək arzusunun ardınca getmək üçün orta məktəbi tərk etdi. Anası ilə birlikdə işləyərək otel otaqlarını, istirahət kateclərini təmizləyib qazandığı pulu yığdı. O, məktəbə nifrət etdiyi, rəssamlıq dərsindən başqa digərlərinin ona fayda vermədiyini demişdir. Həmçinin heç bir dostu olmadığını və evdə düzəlmiş geyimlərinə lağ edildiyi söyləyib. Azaliya 2006-cı ildə 16 yaşının tamam olmağına az qalmış ABŞ-yə səyahət etdi. Valideynlərinə dostu ilə "tətilə" getdiyini dedi, amma sonda burada qalmaq qərarına gəldi və qısa müddət sonra evə qayıtmayacağını söylədi:

O xatırlayırdı, "Anam ağlayırdı, "sadəcə özünü qoru" deyirdi. "Tək başına gedirəm. Mən dəliyəm!" deyə düşünürdüm." Azaliya ABŞ-yə gəldikdən sonra Ümumi Təhsil İnkişafı (GED) diplomunu aldı və altı il müddətində vizasız ölkədə yaşamaq hüququ qazandı, hər üç aydan bir yeniləmək üçün Avstraliyaya qayıdırdı. Azaliya ona beş illik O vizası verilənə — 2013-cü ilin fevral ayına qədər ABŞ-də qeyri-qanuni işlədi. Sonradan İqqi ləqəbini seçdi. Nəhayət 2018-ci ildə ABŞ-nin daimi vətəndaşı kimi təsdiqləndi.

Karyerası

2006–2012: Karyerasının başlanğıcı, Glory və Ignorant Art Azaliya 2006-cı ildə ABŞ-yə ilk dəfə gələndə Florida ştatının Mayami şəhərində qaldı və daha sonra qısa müddət Texas ştatının Hyuston şəhərində yaşadı. Ardınca Corciya ştatının Atlanta şəhərinə köçərək orada bir neçə il qaldı və bu müddətdə Dungeon Family adlı rep qrupunun Backbone adlı üzvü ilə birgə çalışdı. Həımçinin gələcək əməkdaşları FKi və Natali Sims ilə də tanış oldu. İnsanların ona güləcəklərini çünki, "replərinin bərbad olduğunu düşündüklərini" dedi, amma yetişkin olduğu üçün bu tənqidlərə gülərək keçməyi bacardı. Azaliya həm də 2010-cu ilin yayında onu Los-Ancelesə köçməyə təşviq edən Interscope Records şirkətindən biri ilə tanış olmuşdu. Beləcə Interscope onu qısa müddət ərzində menecment olacaqdı. Məhz bu müddət ərzində uşaqlıq iti İqqinin adını səhnə ləqəbi və ailəsinin indiyə qədər yaşadığı və özünün də orada böyüdüyü Azaleya küçəsini ad olaraq qəbul etdi. Həmçinin "fri-stil" rep və "stop motion" animasiya videoları da yaratmağa başladı.

Azaliya 27 sentyabr 2011-ci ildə özünün ilk tammetrajlı layihəsi "Ignorant Art" adlı miksteypini buraxdı və bunu "insanları köhnə idealları yenidən nəzərdən keçirtməyə və müəyyənləşdirməyə təşviq etmək məqsədi ilə" hazırladığını dedi. 2011-ci ilin noyabr ayında "My World" adlı mahnısı üçün Alex/2tone-nin rejissorluğu ilə klip çəkildi. Həmin videoda keçmiş güləşçi Tommi Listerin "cameo" görüntüsü olması videonun populyarlığını artırdı.

Şəxsi həyatı

Mükafatlar və namizədliklər İlMükafatİşKateqoriyaNəticə2013MTV Video Music Awards"Work"Ən yaxşı işMTV Europe Music Awardsİqqi AzaliyaƏn yaxşı sənətçiƏn yaxşı Avstraliya sənətçisiMOBO AwardsƏn yaxşı beynəlxalq sənətçi2014American Music Awardsİlin sənətçisiƏn yaxşı yeni sənətçiƏn yaxşı pop/rok qadın sənətçisiƏn yaxşı rep/hip hop sənətçisi"Fancy"İlin işiThe New ClassicƏn yaxşı rep/hip hop albomuARIA Music Awardsİqqi AzaliyaƏn yaxşı qadın sənətçi"Fancy"İlin mahnısıThe New ClassicYeni sənətçinin ən yaxşı işiƏn yaxşı urban albomBET AwardsIggy AzaleaƏn yaxşı qadın hip hop sənətçisiBET Hip Hop AwardsƏn yaxşı sənətçi"Fancy"Ən yaxşı hip hop videosuXalqın seçimi mükafatıBillboard Women in Music Awardsİqqi AzaliyaSiyahı birincisiMTV Europe Music AwardsƏn yaxşı hip hop sənətçisiƏn yaxşı sənətçi"Black Widow"Ən yaxşı videoMTV Video Music Awards"Fancy"İlin videosuƏn yaxşı qadın videosuƏn yaxşı pop videosuƏn yaxşı incəsənət idarəsiMOBO Awardsİqqi AzaliyaƏn yaxşı beynəlxalq sənətçiNewNowNext AwardsƏn yaxşı qadın sənətçiTeen Choice AwardsƏn yaxşı R&B/hip hop sənətçisiDəb simvoluYayın ən yaxşı qadın sənətçisi"Fancy"Yay mahnısıƏn yaxşı R&B/hip hop mahnısıƏn yaxşı qadın sənətçinin ən yaxşı sinqlıVEVO Certified100 milyon izlənmə"Work""Black Widow"2015Premios Grammy"Fancy"İlin rekorduƏn yaxşı pop duet/qrup işiThe New ClassicƏn yaxşı rep albomuİqqi AzaliyaƏn yaxşı yeni sənətçiBET AwardsƏn yaxşı hip hop qadın sənətçisiBillboard Music AwardsƏn yaxşı yeni sənətçiƏn yaxşı qadın sənətçiƏn yaxşı Hot 100 sənətçisiƏn yaxşı rəqəmsal mahnı sənətçisiƏn yaxşı internet sənətçisiTop artista rapƏn yaxşı rep sənətçisiThe New ClassicƏn yaxşı rep albomu"Fancy"Ən yaxşı Hot 100 mahnısıƏn çox izlənilən mahnı (səs)Ən yaxşı rep mahnısı"Black Widow"iHeartRadio Music Awardsİqqi Azaliyaİlin sənətçisiƏn yaxşı yeni sənətçiƏn yaxşı sənətçi"Fancy"Ən yaxşı əməkdaşlıqKids Choice AwardsƏn bəyənilən mahnıPeople's Choice Awardsİqqi AzaliyaBəyənilən qadın sənətçiƏn bəyənilən hip hop sənəyçisiTeen Choice AwardsƏn yaxşı qadın sənətçiƏn yaxşı R&B/hip hop sənətçisi"Pretty Girls"Qadın sənətçinin ən yaxşı mahnısıƏn yaxşı əməkdaşlıq

Dikoqrafiya

"The New Classic" (2014) "In My Defense" (2019) "The End of an Era" (2021)

Turlar

Əsas The New Classic Tour (2014)

Ləğv edilmiş turlar

Great Escape Tour (2015) Bad Girls Tour (2018)

Digər "XXL" Freshmen — Live Tour (2012) Tyga — MTV Jams Presents: Closer to My Dreams Tour (2012) Rita Ora — Ora Tour (2012) Rita Ora — Radioactive Tour (2013) Nas — Life Is Good Tour (2013) Beyonse — The Mrs. Carter Show World Tour (2013) Pitbull — I Feel Good Tour (2021) Pitbull — Can't Stop Us Now Summer Tour (2022)

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Avstraliya musiqiçiləri Kateqoriya:XXI əsr qadın musiqiçiləri Kateqoriya:ABŞ repçiləri Kateqoriya:Musiqi Kateqoriya:Avstraliya müğənniləri