Anna Karina (; əsl adı Hanna Karin Blarke Bayer; 22 sentyabr 1940, Solbcerq, Danimarka — 14 dekabr 2019, Paris, Fransa) — Danimarka və Fransanın teatr və kino aktrisası, kinorejissor.
Həyatı Anna Karina Solbcerqdə kapitan ailəsində anadan olmuşdur. Valideynləri ayrılandan sonra nənəsinin, 8 yaşından isə anasının yanında qalmışdır. 14 yaşında o, kabare müğənnisi kimi fəaliyyətə başlamış, radio verilişlərində çıxışlar etmiş və qısametrajlı filmlərdə çəkilmişdir.
Onun kinoda ilk əhəmiyyətli rolu "Başmaqlı qız" filmində olmuşdu. Bu film Kann kinofestivalında təqdim olunmuşdu.
1958-ci ildə o Parisə köçür. Orada Pyer Karden və Koko Şanelin məsləhəti ilə Anna Karina təxəllüsünü götürür. 1959-cu ildə rejissor Jan-Lük Qodar reklam rolikinin çəkilişlərində iştirak edən Karinanı görür və onu öz filminə dəvət edir. 1961-ci ildə aktrisa onun "Qadın elə qadındır" filmində çəkilir.
3 mart 1961-ci ildə o Qodarla ailə həyatı qurur və bu nikah 1967-ci ilə qədər davam edir. Eyni zamanda o, Lukino Viskonti, Rayner Fassbinder, Marta Mesaroş kimi rejissorların da filmlərində çəkilmişdir. 1973-cü ildə rejissor kimi "Birgə yaşamaq" filmini çəkir. Lakin bu film tamaşaçılar arasında uğur qazanmır.
Qodarla boşanandan sonra Anna Karina həm də teatr aktrisası kimi şöhrət qazanır. O Deni Didronun "Rahibə" əsərinin tamaşasında baş rolu ifa edirdi. Sonralar Jak Rivettin eyniadlı filmində (ikinci adı "Süzanna Simonen, Deni Didronun rahibəsi") çəkilir.
Anna Karina "Birgə yaşamaq" (1973), "Qızıl şəhər" (1983), "Günəşi almırıq" (1988) və "İşin sonuna qədər" (1998) adlı 4 romanın müəllifidir.
Anna Karina fransız, ingilis, isveç və italyan dillərində sərbəst danışırdı.
14 dekabr 2019-cu ildə Parisdə vəfat etmişdir.
Şəxsi həyatı Qodarla ayrıldıqdan sonra Anna Karina daha dörd dəfə ərə getmişdir: 1968-ci ildə Pyer Fabra, 1978-ci ildə Daniel Düvala, 1982-ci ildə Dennis Berriyə və 2009-cu ildə Moris Kuksa.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1961 Qadın elə qadındır Anjela1961 Kleo 5-dən 7-yə səssiz filmdəki aktrisa1962 Öz həyatınla yaşamaq Nana Klyaynfrankenhaym1963 Kiçik əsgər Veronika Dreyer1963 Şəhrizad Şəhrizad1964 Yadlar Odil1965 Alfavil Nataşa fon Braun1965 Ağılsız Pyero Marianna Renuar1965 Əsgərlərin sevgililəri Elenisa1966 Rahibə Süzanna Simonin1966 ABŞ istehsalıdır Pola Nelson1967 Dünyanın ən qədim sənəti Nataşa1967 Yad Mari Kardona1967 Anna Anna1969 Castin Melissa1969 Qaranlıqda gülüş Marqo1973 Birgə yaşamaq Culi Andersen1974 Çörək və şokolad Elena1976 Çin ruletkası İren Kartis1976 Qayğanaq Klara Dutilleul1978 Hədiyyə corab Natali1984 Ave Mariya Berta1985 Xəzinələr adası ana1988 Uçurum Katrin1995 Yuxarı, aşağı, kövrək Sara2002 Çarli haqqında həqiqət Karina2008 Viktoriya
Mükafatlar və nominasiyalar
Mükafatlar Ən yaxşı qadın roluna görə 11-ci Berlin Beynəlxalq Kinofestivalının "Gümüş Ayı" mükafatı ("Qadın elə qadındır", 1961)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Danimarka aktrisaları Kateqoriya:Fransa aktrisaları Kateqoriya:Danimarkada doğulanlar Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:Danimarka kinorejissorları Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni komandorları Kateqoriya:XX əsr Fransanın qadın yazıçıları