Duxovnaya Lyudmila Semyonovna () — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1991). "S. Vurğun adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Rus Dram Teatrının işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 may 1991-ci il tarixli, 218 nömrəli Fərmanı
Həyatı Lyudmila Duxovnaya 23 oktyabr 1944-cü ildə Bakıda anadan olmuşdur. 1963-cü ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirmişdir. Həmin ildən bu teatrda çıxış edir.
Klassik və müasir dramaturqların pyeslərində müxtəlif obrazlar yaratmışdır: Nastya ("Həyatın dibində", M.Qorki), dul qadın ("Kaliforniyada dəfn", R.İbrahimbəyov), Valentina ("Valentin və Valentina", M.Roşşin), Natalya Qolubeva ("Aləmlə üz-üzə", A.Gelman), Karolli ("Əldən düşmüş at", F.Saqan), Eleonora ("Əliaçıq", İ.Jamiak), Jülyetta ("Oğrular balı", J.Anuy) və s. Azərbaycan Milli Dram Teatrında Elçinin "Ah Paris, Paris" pyesinin tamaşasında Vera rolunda çıxış etmişdir.
1976-ci ildə L.Duxovnaya "Əməkdar artist", 1991-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.
2016-cı ildə Rusiyada milli aktyor mükafatı olan Andrey Mironov adına "Fiqaro" mükafatına layiq görülmüşdür.
Filmoqrafiya O qızı tapın (film, 1970) Qızıl qaz (film, 1972) Boş yer (film, 1989) Ləqəbi "İKA"dır Nigarançılıq (film, 1998) Bir anın həqiqəti (film, 2003) Vəkil hanı? (film, 2011)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları