Elşən Eldar oğlu Orucov () — azərbaycanlı aktyor, Bozbash Pictures layihəsində canlandırdığı Fəlakət obrazı ilə tanınır. Aktyorun "Fəlidən Doğru Xəbər" adlanan verilişi günümüzə qədər Xəzər TV kanalında yayımlanır.

Həyatı Əslən Füzuli rayonundan olan Elşən Orucov 1985-ci il yanvarın 14-də Bakı şəhərində dünyaya gəlib. ADMİU-nun Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2005-ci ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır.

"Bozbash Pictures"də yaratdığı Fəlakət obrazının "Əla, əla", "Onu maa neçiyə verərsən?" ifadələri hər kəsin dilindədir. O, bu obrazın öhdəsindən çox məharətlə gəlməyi bacarıb və onu çoxmilyonlu xalqa sevdirə bilib.

2018-ci ildə öz yaratdığı obrazını, milyonlara sevdirən aktyor Elşən Orucovun təqdimatında "Fəlakət" Bədii Filmi tamaşaçılara təqdim olundu.

2018-ci ildə "Tayson" filminə dəvət aldı və həmin filmdə ciddi obrazı canlandırdı.

2019-cu ildə "Fəlidən doğru xəbər (veriliş)" adlanan verilişi ilə YouTube-da fəaliyyətə başladı, sonradan "Fəlidən doğru xəbər (veriliş)"in növbəti yayımları 2020-ci ildə Xəzər TV kanalında yayımlanmağa başladı.

TV layihələri Bozbash Pictures (2011–2019) Ay brilliant (film, 2015) Axırıncı yol (film, 2016) Stalinin başı (film, 2017) Palata 106 (film, 2016) Bir xalanın sirri (film, 2018) "Fəlakət" (film, 2018) "Tayson" (film, 2018) Bombaltı (film, 2019) "Fəlidən Doğru Xəbər" (2019—h.h.) Çırak 05 (film 2024)

İnternet fenomeninə çevrilməsi Elşən Orucov ATV telekanalında gedən Bozbash Pictures verlişində 2011-ci ildən etibarən Daşqınov Fəlakət Sunami oğlu rolunda çıxış etməyə başlayıb. Daha sonra həmin verlişdə Şəmi (İlkin Həsəni) və Şöşü (Ramil Babayev) obrazlarından daha çox populyarlıq qazanmağa başlayıb. Beləliklə, tez bir zamanda həm internet üzərindən həm də televiziyada fenomenə çevrilib.

Fəlakət obrazı Fəlakət obrazının yaranması çox təsadüfi olub. Fəlakət obrazında ifadə edilən sözlərin hamısı Elşən Orucova məxsusdur. Bundan əvvəl, Elşən Orucov layihəyə yeni başlayanda 2011-ci ildə türk obrazını canlandırırdı. İki il bu şəkildə davam edib. Ondan sonra mədəni insan obrazını canlandırıb. Sonra müəyyən səbəblərdən, obraz dəyişdirilib. Fəlakət iki il adsız olub. Bu ad İlkin Həsənli tərəfindən verilib. 2013-cü ildə çəkilişlərin birində İlkin Şəmi obrazını yaradarkən təsadüfən Elşən Orucova Fəlakət dedi və o gündən etibarən obraz Fəlakət adlandı. Lakin ondan öncə Fəlakətə "Əla, Əla" deyirdilər.

İstinadlar

Xarici keçidlər Elşən Orucovun rəsmi saytı 15x15px Elşən Orucovun rəsmi İnstagram hesabı 15x15px Elşən Orucovun rəsmi Facebook hesabı 15x15px Elşən Orucovun rəsmi Youtube kanalı 15x15px Elşən Orucovun rəsmi tiktok hesabı

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları