Elmira Əmrahqızı (24 sentyabr 1952, Ağstafa – 28 fevral 1998, Bakı) — tanınmış Azərbaycan jurnalisti, "Azadlıq" radiosunun Bakı nümayəndəliyinin rəhbəri (1993–1998), "Qızıl qələm" mükafatı laureatı. "Həsən Bəy Zərdabi" və "İlin qadını" mükafatlarına layiq görülüb.

Həyatı Elmira Əmrah qızı Əhmədova 24 sentyabr 1952-ci ildə Ağstafa şəhərində anadan olub.Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.1958-ci ildə 24 saylı Dəmiryolu məktəbinə gedib. 1962-ci ildə məktəbi dəyişərək təhsili 1 saylı orta məktəbdə davam edib.

1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alıb.

1974-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqramların tərtibi şöbəsində işləyib.

"Bakı", "Baku", "Nezavisimaya qazeta" "Azərbaycan gəncliyi", "Ulduz", "Azərbaycan qadını" və digər qəzet və jurnallarında işləyib.

1989–1990-cı illərdə "Azadlıq" qəzetində çalışıb.

1989-cu ildə "Kosmos uşaqlar üçün" adlı SSRİ jurnalistlərinin kosmosa göndərilməsi ilə əlaqədar proqramının qaliblərindən biri olub.

1990-cı ildə "Azadlıq" radiosu ilə əməkdaşlığa başlayır.

1993–1998-ci illərdə "Azadlıq" radiosunun Bakı nümayəndəliyinin rəhbəri olub.

"Qızıl qələm", "Həsən Bəy Zərdabi" və "İlin qadını" mükafatlarına layiq görülüb. 27 fevral 1998-ci ildə vəfat edib. II Fəxri Xiyabanda dəfn edilib.

İki oğlu və iki nəvəsi var.

İstinadlar

[modern.az ]

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan Televiziyasının jurnalistləri Kateqoriya:Azadlıq qəzetinin jurnalistləri Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları Kateqoriya:Ağstafada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Azadlıq Radiosunun əməkdaşları