Bul cəbri — ədədi dövrələrin analiz və dizaynını təmin edən riyazi nəzəriyyədir. Rəqəmli kompüter dövrələrinin tətbiqində, ikili dəyişənlər üzərində təyin olunan ədədi əməliyyatları göstərir. Bul cəbri ikili say sisteminə əsaslanır.

Tarix Diskret riyaziyyatın ən əhəmiyyətli bölmələrindən biri riyazi məntiqdir. Bu elmin əsasını ХVII əsrdə alman riyaziyyatçısı və filosofu Q. Leybnis qoymuşdur. О, bu gələcək elmi əqli nəticələr hesabi və ya riyazi məntiq adlandırmışdır. İrland riyaziyyatçısı və məntiqçisi Corc Bul XIХ əsrdə bu elmi məntiqin riyazi analizi adlandırmışdır. Bulun işlərinin davamçıları və sistemləşdiriciləri olan riyaziyyatçısı Е. Şreder və rus riyaziyyatçısı P. S. Poretski "riyazi məntiqin" əsas başlanğıcları haqqında tədqiqat aparmışlar. XIХ əsrin 70-ci illərində olduqca tez-tez "məntiq cəbri" termini, bəzən də bu terminə C. Bulun soyadının əlavə edilməsi nəticəində alınan termin rast gəlinirdi "Bul məntiq cəbri" (Pirs, 1870), "Bulun məntiq cəbri" (Liard, 1877), "Məntiq cəbri" (Makferleyn, 1880). 1880-ci ildə ingilis məntiqçisi "Simvolik məntiq", 1891-ci ildə isə italyan riyaziyyatçısı Peano "Riyaziyyatın məntiqi" terminlərini istifadə etmişlər.

Tətbiqi Məntiq cəbri funksiyaları riyaziyyatın başqa sahələri ilə yanaşı həm dəqiq və həm də humanitar elm sahələrində, texnikanın müxtəlif sahələrində tətbiq olunur. Müasir hesablama və rəqəm texnikasını məntiq cəbri funksiyalarsız təsəvvür etmək çətindir. Bul funksiyaları texnoloji sahədə keçid proseslərinin, müxtəlif elektrik dövrələrinin işinin riyazi təsvirində (modelləşdirilməsində) tətbiq olunur.Diskret Riyaziyyatın Bəzi Fəsilləri F. G. Feyziyev, 2008

İstinadlar

Kateqoriya:Bul cəbri Kateqoriya:Riyazi məntiq Kateqoriya:Diskret riyaziyyat