We Are the Champions — Britaniyalı Queen rok qrupunun ən tanınmış mahnılarından biri. "News of the world" albomundan olan bu mahnı dünya üzrə sport azarkeşlərinin himninə çevrilmişdir. 1977-ci ilin ikinci yarısından etibarən Queen qrupunun bütün konsertlərinin axırında ifa edilirdi.

Mahnı Mahnıda əsasən Con Dikonun müşayiəti ilə Merkurinin royalı və Rocer Teylorun baraban zərbələri eşidilir. Brayan Meyın gitarası başqa kompozisiyalara nisbətən daha az səslənir. Qrupun bir çox canlı çıxışlarında bek-vokal partiyalarını tək Rocer Teylor ifa edib. Onun səsi bütün qrup üzvlərinin xorunu əvəz edib.

Kateqoriya:Queen Kateqoriya:Qələbə Kateqoriya:Rok-balladalar Kateqoriya:Futbol musiqisi Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:2020-ci ilin sinqlları Kateqoriya:1992-ci ilin sinqlları Kateqoriya:Futbol mahnıları və nəğmələri