Əlahəzrətin gəmisi Royal Soveren — () (1786) — üçdorlu, 100 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus sayca üçüncü I ranq xətt gəmisi. 1805 ci ildə Trafalqar döyüşündə iştirak etmişdir. Plimut kral tərsanəsində C. Uilyamsın layihəsi əsnasında 7 yanvar 1774 cü ildə əsası qoyulmuşdur. Tikintisinə ABŞ İstiqlal müharibəsi zamanında bir neçə dəfə fasilə verilsə də 11 sentyabr 1786 cı ildə suya salınmışdır. Gəmi 67,458 £ başa gəlmişdirLavery, Ships of the Line vol.1, p178. Xidməti Əsas xidmətini La Manş boğazında, bir neçə dəfə Aralıq dənizi yürüşlərində keçirmişdir.

1794 — admiral Hau donaması tərkibində Şanlı Bir İyun döyüşündə iştirak etmişdir. (14 ılü, 41 yaralı)Fleet Battle and Blockade / R. Gardiner, ed. — P. 31..

1795 — 16 iyunda Kornuollisin bayraqdarı olmuşFleet Battle and Blockade / R. Gardiner, ed. — P. 44−45..

1805 — kapitan Edvard Rotergemin sərəncamında Trafalqar döyüşündə kiçik baytaqdar. İlk döyüşə atılaraq ilk rəqib cərgəsini yaran, 4 saatdan artıq təkbaşına vuruşmuşdur (42 ölü, 94 yaralı)The Campaign of Trafalgar / R. Gardiner, ed..

1806 — Tulonun mühasirəsi.

1811 — noyabr, La Manşa dönür.

1825 — 17 avqust adı dəyişdirilir “HMS Captain” olur.

1826 — Plimutda tərkisilah eilir.

1841 — 28 avqust sökülürB. Lavery The Ship of the Line — Volume 1. — P. 178.. Bir neçə döyüş topu Kallinqvud memorialında saxlanılmaqdadırPevsner. Buildings of England: Northumberland. Guide. İstinadlar

Kateqoriya:Yelkənli gəmilər Kateqoriya:Böyük Britaniya gəmiləri Kateqoriya:Üçgöyərtəlilər Kateqoriya:Üçdorlular