Cek Sent-Kler Kilbi (; 8 noyabr, 1923 - 20 iyun, 2005) — 1958-ci ildə Texas İnstrumentsdə işləyərkən birinci inteqral sxemin reallaşdırılmasında iştirak etmiş Amerikalı elektrik mühəndisi. O, 2000-ci ildə fizika üzrə Nobel mükafatı alıb.
Həyatı Cek Kilbi 8 noyabr 1923-cü ildə Amerikada anadan olmuşdur.
Fəaliyyəti 12 sentyabr 1958-ci ildə Texas Instruments şirkətində ilk mikrosxem istehsal olunmuşdur. Onun yaradıcılarından biri Cek Kilbi hesab olunur. O, həmçinin cib kalkulyatoru və termik printerin ixtiraçısıdır.
Kilbi 1958-ci ilin iyulunda inteqral sxemlərə aid ilk ideyasını protokollaşdırdı və həmin ilin 12 sentyabrında bu işini müvəffəqiyyətlə nümayiş etdirdi. Yeni ixtiralar üçün ilk müştəri ABŞ Hərbi Hava Qüvvələri oldu. Kilbi inteqral sxemin kəşfi üçün Fizika üzrə 2000-ci ildə Nobel mükafatı qazanıb. Robert Noys da həmçinin Kilbidən bir il yarım sonra inteqral sxemlərə aid öz ideyası ilə çıxış etdi. Onun hazırladığı çip Kilbinin hazırladığı çipin həll edə bilmədiyi bir çox praktiki məsələləri həll etdi. Kilbinin çipləri germaniumdan hazırlanmışdı. Kilbinin çiplərindən fərqli olaraq, Noysun hazırladığı çip silisiumdan hazırlanmışdı.
Ədəbiyyat Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Xarici keçidlər Müasir kompyuterlərin ixtiraçısı Cek Kilbi
İstinadlar
Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Texasda vəfat edənlər Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Viskonsin-Miluoki Universitetinin məzunları Kateqoriya:Urbana-Şampeyn İllinoys Universitetinin məzunları Kateqoriya:IEEE üzvləri Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Almanəsilli amerikalılar