«Pavlovsk» Dövlət İncəsənət-Memarlıq və Park-Saray muzey qoruğu () – XVIII əsrin sonu - XIX əsrin əvvəlinə aid park-saray ansamblı. Saray Peterburqun şəhərətrafı sayılan Pavlovsk şəhərində yerləşir. Saray-park kompleksinin mərkəzi İmperator I Pavelin yay iqamətgahı olan Pavlov sarayı hesab olunur.
Saraya bitişik ərazidə və Slavyanka çayının hər iki sahilində 600 hektarlıq geniş park yerləşir və Avropanın ən böyük mənzərəli parkı hesab olunur. Saray və park 50 il müddətində 5 tanınmış memar - Çarlz Kameron, Vinçentso Brenna, Cakomo Kvarengi, Andrey Voronixin və Karlo Rossi tərəfindən inşa olunmuşdu. Ərazi bölgüsü: parkın tərkib hissələri Pavlov parkı aşağıdakı sahələrə bölünür:
Böyük ulduz (Bu keçidlə siz parkın digər sahələrinə də baxa bilərsiniz) Slavyanka çayının vadisi Mərkəz (Saray ətrafı rayonu) Köhnə Silviya Yeni Silviya Bəyaz ağcaqayın Parad sahə
Tarix Saray 50 ilə inşa olundu və tikinti işləri şərti olaraq üç mərhələdə həyata keçirildi:
Memar Çarlz Kameron tərəfindən 1782—1796-cı illərdə malikanənin əsası və planlaşdırılması həyata keçirilmişdi. Memar Viçentso Brenna malikanəni ətrafdakı parklarla birgə imperator sarayına çevirmişdi. Memarlar Voronixin, Kvarenqa, Rossi və həmçinin rəssam Pyetro Qonzaqo tərəfindən sarayın bəzək və bədii tərtibatı hazırlanmışdı.
1782—1796-cı illərin Rusiya zadəgan malikanəsi
Pavlov sarayın əsası 25 may 1782-ci ildə qoyulmuşdu. Əvvəlcə, tikinti Paullüst adlanan sökülmüş taxta malikanənin olduğu sahədə başladı. Məhz buna görə də Pavlov sarayı ilk öncə daha çox müxtəlif yardımçı tikililər və park ilə əhatə olunmuş sadə aristokrat sarayını xatırladırdı.
Yeni tikiləcək sarayın layihəsinin britaniyalı memar Çarlz Kameron tərtib etmişdir. O tez-tez müxtəlif memarlıq sualları ilə əlaqədar I Pavel ilə qarşıdurmaya çıxırdı. Buna baxmayaraq, inşaat işləri sürətlə aparılırdı və 1782-ci ilin payızında sarayın əsas binası və yan qalereyaları demək olar ki, hazır idi.
İmperator iqamətgahı
İmperatorun 1796-cı ildə tacqoyulmasından sonra, İmperator israrla sarayının ölçüsünün artırılmasını istəyirdi. Buna görə də, saraya daha çox əzəmət və təmtəraq vermək məqsədilə o yenidən qurularaq daha da genişləndirilmişdi. Bu zaman inşa işləri üzrə məsuliyyətli şəxs qismində Kameronun köməkçisi, italyan memarı Viçentso Brenna seçilmişdi.
Sarayın interyeri
Saray-park kompleksi
Sarayın tarixinin ümumi xronologiyası
25 may 1782-ci il. — Pavlov sarayının tikinti işlərinin başlaması. 1783-cü il — mərkəzi korpus inşa olunmuşdu. 1785-ci il — sütunlu-qalereya və xidməti korpus binaları tikilmişdi. 1787-ci il — Sarayın daxili tərtibat işləri sona çatmışdı. 1796-cı il — I Pavelin tacqoyulma mərasimi. 1790-cı illərin sonu — Saray yenidən qurulur və genişləndirilir. 1801 — I Pavelin öldürülməsi. 10 yanvar 1803-cü il — Pavlov sarayında yanğın. 1803—1805-ci illər — Sarayın bərpası 1808-ci il — Sarayda kariatidlərlə bəzədilmiş «fənərli kabinet» inşa olunmuşdu. Layihənin müəllifi memar Andrey Voronixin, heykəltaraş isə Vasili İvanoviç Demut-Malinovskidir 1822—1824-cü illər — sarayın kitabxana korpusu tikilmişdi. 1872-ci il — Əsas həyətdə I Pavelin abidəsi ucaldılmışdı. 1942—1944 — Park faşistlərin işğalı zamanı güclü zədələnmişdi. İşğalçılar geri çəkilən zaman sarayı yandırmışdılarИз архива дворца-музея: Громова Н.И, Кучумова А. М. Павловский дворец-музей. Научная реставрация Павловского дворца-музея после Великой отечественной войны 1944—1969 годы // : 24 января Павловск был освобожден советскими войсками. Дворец медленно догорал. Фотографии 7 и 8, сделанные 25 января писателем П. Лукницким, находившимся в то время в рядах наступавшей армии, показывают догорающий центральный корпус дворца (на фотографии 8 белые пятна в оконных пронемах — огонь).: Я тщательно фотографирую этот пожар.
Бой ещё идет неподалеку от Павловска, наши воины бьют гитлеровцев с вдохновением ненависти, которой предела нет. Но Павловский дворец, драгоценный памятник русского зодчества, на наших глазах горит! 1957-ci il — Müharibədən sonrakı restavrasiya işləri nəticəsində, sarayın ilk zalları ziyarətçilərə açılmışdı. 1978-ci il — Pavlov sarayının bərpa işləri sona çatmışdı. 1978-ci il — muzeyin kollektivi «Şərəf ordeni» mükafatına layiq görülmüşdü. 1983-cü il — Saraya "qoruq-muzey" statusu verilmişdi.
Ədəbiyyat В.Я.Курбатов. Павловск. Художественно-исторический очерк и путеводитель. Санкт-Петербург, 1912. А.А.Половцов. Сокровища искусств в России. Париж, 1919. В.Н.Талепоровский. Павловский парк. Петроград, 1923. А.М.Кучумов. Павловск. Путеводитель по дворцу и парку. Ленинград, 1975. А.М.Кучумов. Павловск. Дворец и парк. Ленинград, 1976. А.М.Кучумов. Убранство русского жилого интерьера XIX века. Ленинград, 1977. А.М.Кучумов. Русское декоративно-прикладное искусство XVIII – XIX веков в собрании Павловского дворца-музея. Ленинград, 1981. А.М.Кучумов. Государственный музей-заповедник «Павловск». Ленинград, 1981. Памятники архитектуры пригородов Ленинграда. Авторский коллектив. Ленинград, Стройиздат, 1983. А.И.Зеленова. Дворец в Павловске. Лениздат, 1986. А.Г.Мосякин. Четыре гобелена с пасторалями Буше. – «Вечерний Ленинград», 1990, 20 августа. Сюзанна Масси. Павловск. Жизнь русского дворца. Санкт-Петербург, 1997 (перевод с англ. – Первое издание в США, 1990). А.Ю.Гусаров. Павловск. От основания до наших дней. Паритет, 2013.
Xarici keçidlər
Государственный музей-заповедник «Павловск» — официальный сайт Дворец в Павловске // rusarh.ru Павловский дворец Фотографии Павловского парка // photocity.ru Государственный музей-заповедник «Павловск» // gardener.ru Интерьеры Павловского Дворца // prigorod-peterburg.ru Фотографии росписи интерьеров Павловского Дворца Фотографии Павловского парка Видеоэкскурсия по Павловскому парку // toneup.ru Фильм Павловск реж. Аранович 1977г.
İstinadlar
Kateqoriya:Sankt-Peterburqun görməli yerləri Kateqoriya:Rusiyanın mədəni irs obyektləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Sankt-Peterburq muzeyləri Kateqoriya:Sankt-Peterburq tarixi