Vladimirski kilsəsi () - Peterburqda fəaliyyət göstərən pravoslav kilsə, Vladimirski prospekti ev № 20 yerləşir. Kilsə Rusiyada ən çox ehtiram edilən ikonaya - Vladimir müqəddəs Ana ikonasına həsr olunmuşdu.

Məbəd Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı mitropolit Vladimir (Kotlyarov), kilsə açardarı isə protoierey Georgi Şmidtir. Tarix thumb|left|290px|"Vladimirski kilsəsi", rəssam Ferdinand Viktor Perro (1841) Vladimir kilsəsi ehtimal olaraq 1761-ci ildən 1769-cu ilə qədər Peterburqun Bazar Meydanında, memar Kristian Knobel və ya Pyetro Antonio Trezininin layihəsi əsasında eyniadlı və 1747-ci ilə aid taxta məbədin yerində inşa edilmişdir.

Kilsə 1783-cü ildə təqdis olunmuşdu.

1791-ci ildə memar Cakomo Kvarengi ayrıca duran ikiyaruslu zəng gülləsinin tikinti işlərini bitirdi.

1830—1831-ci illərdə memar Avraam Melnikov tərəfindən kilsə pritvoru ucaldılmışdı.

1848-ci ildə memar Frans Ruska zəng gülləsinə daha bir yarus əlavə edir, 1850—1853-cü illərdə isə o kilsəyə yeni ibadətgah və hasar inşa etdirir.

1865-ci ildən Vladimirski kilsəsinin nəzdinə daxil olan yetimxanaya və qadın düşkünxanasını ehtiva edən xeyriyyəçilik cəmiyyəti fəaliyyət göstərirdi.

1883—1885-ci illərdə memar Aleksandr Holm tərəfindən kilsənin künclərində əlavə tikililər inşa olunmuşdu.

1887—1888-ci illərdə keçirilmiş restavrasiya işlərindən sonra Rusiyanın vəftizliyinin 900 illiyi şərəfinə kilsədə təntənəli şəkildə ilahi nəğmələr oxunmuşdu.

1828-ci ildə Arina Rodionovnanın (Aleksandr Puşkinin dayəsi) ölümü səbəbindən Vladimirski kilsəsində ölü duası oxunmuşdu. Kilsə prixoduna mənsub tanınmış ədəbiyyatçılar sırasında Fyodor Dostoyevskinin adını xüsusilə qeyd etmək olar. Hazırda bu dahi yazıçının xatirəsinə kilsədə hər il panixida oxudulur.

1932-ci ildə Vladimirski kilsəsi bağlanılır, onun yerləşdiyi binada isə «Lenmaşuçyot» fabriki yerləşdirilir.

1989-cu ilin avqust ayında kilsə möminlərə yenidən qaytarılır və 7 aprel 1990-cı ildə daxili təmir işlərindən sonra ikinci dəfə təqdis olunur. Ümumilikdə isə kilsənin restavrasiya işləri hələ uzun illər davam etdi.

2000-ci ilin may ayında isə kilsəyə "Kafedral" statusu verilmişdi.

Memarlıq Beşgünbəzli məbəd özündə barokko memarlıq üslubundan klassisizmə bir keçid təşkil edir və onun daxilinə yuxarı (soyuq) müqəddəs Vladimir və aşağı (isti) müqəddəs İoann Damaskin kilsərini birləşdirir. Hazırda ibadət işləri yalnız yuxarı məbəddə aparılır.

Mərkəzi günbəzin yelkən və ya pandativ adlanan hissəsi yevangelistlərin heykəlləri ilə bəzədilmişdi. Yuxarı məbəddə 1808-ci ildə Aniçkov sarayının kilsəsindən buraya gətirilmiş, XVIII əsrə aid ikonostas qorunub saxlanılır. Aşağı məbədin tavanı bir zamanlar nəfis naxışlarla örtülmüşdür. XX əsrin ortalarında naxışlar ikonostas ilə birlikdə həmişəlik itirilmişdi.

Ruhanilər

Tarix boyu Kafedralın bütün başçılarıTarix Kafedralın başçısı 1746-… keşiş Qriqori Matveyev 1763 — keşiş İoann Kirikov (…—1770) 1770—1783 keşiş Yakov İoannoviç Qrayevski 1783—1789 protoierey Yakov İllarionov (…—1789) 1789—1798 keşiş Filipp Vasilyev 1790—1808 keşiş İoann Feodoroviç Başilov 1808—1810 protoierey İoann Nikitiç Qolubev 1810—1825 protoierey Pavel Petroviç Sviyazyev (…—1825) 1826—1831 protoierey Simeon Yakovleviç Platonov (…—1831) 1831 — protoierey Mixael Nikitiç Mallein (1788—1864) 1864—1892 protoierey Aleksandr Nikolayeviç Sokolov (1817—1903) 1892—1893 protoierey Dimitri Aleksandroviç Priselkov (…—1909) 1893—1895 … 1895—1902 protoierey Nikolay Mixayloviç Viroslavski 1902—1903 protoierey Dimitri Aleksandroviç Priselkov (…—1909) 1904—1917 protoierey Aleksandr Aleksiyeviç Vladimirski 1917 — iyun 1922 protoierey Pavel Antoniyeviç Kedrinski (1863 — 1935-ci ildən sonra) oktyabr 1922 — avqust 1923 protoierey İoann Yakovleviç Sokolov avqust 1923 — iyun 1932 protoierey Pavel Antoniyeviç Kedrinski (1863 — 1935-ci ildən sonra) 1932—1990 məbəd fəaliyyət göstərmirdi 1990 mitropolit Aleksiy (Ridiger) 1990—1995 mitropolit İoann (Snıçev) 1996 - bu günə kimi mitropolit Vladimir (Kotlyarov) Xarici keçidlər

Официальный сайт собора Энциклопедия Санкт-Петербурга, В. В. Антонов Владимирская церковь на сайте «Русские церкви»

Kateqoriya:Sankt-Peterburqun görməli yerləri Kateqoriya:Rusiyanın mədəni irs obyektləri Kateqoriya:Sankt-Peterburq tarixi Kateqoriya:Bakirə Məryəmə ithaf edilmiş kafedrallar