Susan Polqar (; )— Macarıstanlı və Amerikalı şahmat qrosmeysteridir. O şahmat müəllimi, məşqçi , yazıçı, Texas universitetində şahmatın inkişafı üçün Susan Polqar institutunun başçısı və təsisçisi və Şahmat olimpiadasının qalibidir. O məşhur Polqar bacılarının ən böyüyüdür: Susan Polqar, Sofiya Polqar, Yudit Polqar.
15 yaşında 1984-cü ilin iyulunda FİDE retinq cədvəlində dünya qadın oyunçularının top-retinqində yer aldı və növbəti 23 ildə top üçlüyə düşdü. O, 1996-cı ildən 1999-cu ilə qədər qadınlar arasında şahmat üzrə dünya çempionu olub. Polqar 10 olimpiya medalı qazanıb (5 qızıl, 4 gümüş, 1 bürünc). O, 2006-cı ildən bəri rəsmi yarışlarda iştirak etməyib. 1997-ci ildə o Nyu-Yorkda Polqar Şahmat Mərkəzinin əsasını qoyub. 2002-ci ildə o uşaqlara, xüsusən qızlara şahmat hazırlığı keçmək üçün Susan Polqar Fondunu yaratdı.Yaniv, Oren. "MASTERING CHESS WAS THE EASY PART. BLACK BELT CHAMP TEACHES MOVES IN FOREST HILLS", Daily News (New York), April 3, 2005. Accessed June 17, 2009. "This is an excellent club; it's not that formal," said Grandmaster Alexander Stripunsky, 34, co-winner of the 2005 U.S. championship, who, like Polgar and other chess masters, resides in Forest Hills." O, qısa müddət əzrində 2007-ci ildən 2009-cu ilə kimi ABŞ Şahmat Federasiyasının icraiyyə şurasının üzvü olub.
Şəxsi həyatı O, Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. O, indi Texasda Labbok şəhərində yaşayır. Polqar kompüter məsləhətçisi Yakov Şutzman ilə evlənib və Nyu-Yorka köçüb. Onların Tom (1999) və Lim (2000) adında iki oğlu oldu. Bir müddətdən sonra onlar boşandılar . Polqar 2006-cı ilin dekabrında biznes meneceri və dostu Pol Çıonq ilə ailə həyatı qurdu.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax Qadınların Dünya Şahmat Çempionatı
Kateqoriya:ABŞ şahmatçıları Kateqoriya:Budapeştdə doğulanlar Kateqoriya:Qadınlar arasında şahmat üzrə dünya çempionları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Macarıstan yəhudiləri Kateqoriya:Macarıstandan ABŞ-yə mühacirət edənlər Kateqoriya:XXI əsr ABŞ qadınları Kateqoriya:Macarıstan şahmatçıları Kateqoriya:Poliqlotlar