Krımın Rusiya tərəfindən işğal edilməsi (; ) — Ukraynanın Krım Muxtar Respublikasında Avromeydan inqilabından sonra etnik ukraynalılar və ruslar arasında baş vermiş münaqişələrə verilən ümumi ad. Proses prezident Viktor Yanukoviçin ölkəni tərk etməsindən sonra daha da gərginləşmişdir. Ərazinin yerli əhalisi olan Krım tatarları isə ukraynalıların mövqeyini dəstəkləməkdədir. Rusiya tərəfindən dəstəklənən Ali Şura Krımın müxtariyyət səlahiyyətlərinin artılmasını və ya tam müstəqil dövlətə çevirilməsini tələb edir.
27 fevral tarixində silahlı və maskalı bir qrup şəxslər ərazidə parlament binası və 2 hava limanı başda olmaqla bir sıra strateji əhəmiyyətləri obyektləri ələ keçirdi. Həmin qrup tərəfindən Krımla Ukraynanı bir-biri ilə əlaqələndirən bütün telekommunikasiya və internet xətlərin sıradan çıxarıldı.
İstinadlar
Kateqoriya:2014-cü ildəki hadisələr Kateqoriya:Krım Kateqoriya:2014-cü ildə Ukrayna Kateqoriya:Rusiyanın müqavilələri