thumb|270x270px|Kişi cinsiyyət üzvü Kişi cinsiyyət üzvü və ya Penis (; ) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — və bir ədəd penisin süngəri cismindən — ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — ; 3) ön hissəsi — penis başı — (), üzərində şaquli istiqamətdə sidik kanalının xarici dəliyi — yerləşmişdir. penisin iki səthi vardır: yuxarı və ya ön səthi — penis arxası — və aşağı ya dal-sidik kanalı səthi — ; yuxarı səthi aşağı səthindən enlidir.
Penis başının əsası hündür və enli olduğundan penis başı tacı — adlanır. Bu tac penis cisminə keçən yerində şırım ilə və yaxud penis başı boynu — ilə əhatə olunmuşdur.
Mağaralı cisim Penisin mağaralı cisimləri — silindr şəklində olub ın 3/4 hissəsi bir-birilə birləşmişdir, arxa 1/4 hissəsi ayrı qalaraq penis ayaqcıqlarını — əmələ gətirir. Penis ayaqcıqları qasıq sümüyü ilə oturaq sümüklərinin aşağı şaxələrindən başlayaraq önə, yuxarı və içəri tərəfə gedir və qasıq bitişməsinin altında bir-birilə birləşir. Mağaralı cismlərin ön ucları nazikləşərək penis başı ilə əhatə olunur. Hər bir mağaralı cismin eninə kəsiyi ellipsə bənzəyir; bunlar bir-birilə birləşdikdə yuxarı və aşağı səthlərində orta xətdə birər şırım əmələ gətirir. Yuxarı səthində olan şırım — aşağı səthində olan şırımdan () zəifdir; bunlardan birinci — penisin arxa damar və sinirlərinə və ikinci — sidik kanalının mağaralı hissəsinə məxsusdur.
Süngəri cisim Penisin süngəri cismi — silindr şəklində olub penisin mağaralı cismlərinin altında yerləşmişdir və özü də onlardan nazik və uzundur. Penisin süngəri cisminin iki: dal və ön ucu vardır. Dal ucu yoğunlaşaraq penis soğanağı — adlanır. Penis soğanağı meşə qozu böyüklüyündə olub aralıq əzəlləri arasında düz bağırsağın aşağı hissəsində yerləşmişdir. Süngəri cismin ön ucu çox enliləşərək zəng və ya göbələk papaqçığına bənzər penis başını əmələ gətirir. Onun yuxarı səthi uzun və çıxıq, aşağı səthi isə yastılaşmış və qısa olur. Aşağı səthində zəif bir şırım vardır; bura pülük yüyəni — bağlanmışdır. Penis baının arxa kənarı — penis başı tacı — papaq kimi penisin mağaralı cisimlərinin ön uclarını örtmüşdür.
Ağlı qişa Penisin mağaralı cisimlərinin hər biri ağlı qişa — ilə əhatə olunmuşdur. Bu qişa sərt, ağ rəngdə və 1–2 mm qlınlığında olub, iki təbəqə (xaricdə boylama və daxildə həlqəvi) sərt birləşdirici toxuma liflərindən və müəyyən qədər elastik liflərdən təşkil olunmuşdur. Penisin mağaralı cisimlərinin ağlı qişası orta xətdə bir-birilə bitişərək penis arakəsməsini — əmələ gətirir; ancaq bu arakəsmə mağaralı cisimləri bir-birindən tamamilə ayırmır, çünki onun üzərində şaquli istiqmətdə yarıqlar vardır. Bu yarıqlar vasitəsilə mağaralı cismlərdə olan qan bir tərəfdən digər tərəfə keçir. Ağlı qişanın daxili səthində bir çox atmalar — gedərək mağaralı cismi ayrı-ayrı sahələrə və ya mağaralara — bölür. Bu atmalar süngər və ya mağaralı toxumadan təşkil olunmuşdur. burada elastik liflərdən başqa artıq miqdarda saya əzələ lifləri vardır.
Mağaraların daxili səthi endotel ilə örtülüdür və daxillərində olan boşluqlar qan ilə doludur. Penis ereksiya halında olanda mağaralar genəlir, belə ki, onların boşluqları böyüyür və aralarında olan atmalar nazikləşir. Penis sükut halında olarkən əksinə, mağaralar daralır, atmalar qalınlaşır və boşluqlar yarıq şəklini alır. Penisin süngəri cisminin quruluşu mağaralı cismin quruluşundan fərqlənir. penisin süngəri cismində ağlı qişa — — nazikdir və artıq miqdarda elastik lifləri vardır; bununla bərabər atmalar olduqca qalın və elastikdir; mağaraların həcmi bir ölçüdədir. Penis başının daxili quruluşuna gəldikdə orada iştirak edən toxumanı venoz kələf ilə müqayisə etmək olur; bunun ağlı qişası yoxdur və xaricdən ancaq nazik dəri ilə əhatə olunmuşdur.
Penis fassiyası Mağaralı cisimlərin ağlı qişası xaricdən penis fassiyası — ilə əhatə olunmuşdur. Bu fassiya ətraf nahiyyələrdən penisin üzərinə keçərək onu boynunadək örtür. Penisin arxasını örtən hissəsi digər hissələrdən qalındır, çünki burada cinsiyyət əzələlərindən vətərləri onun ilə birləşir. Fassiya elastik birləşdirici toxumadan təşkil olunmuşdur. Penis fassiyası xaricdən dərialtı hüceyrəli toxuma qatı ilə örtülüdür; burada piy toxuması yoxdur, ancaq müstəsna olaraq təkcə penis kökü nahiyyəsində kiçik piy paycıqlarına təsadüf olunur. Bu toxuma penis fassiyası ilə zəif rabitədədir və quruluşuna görə artıq dərəcədə genələ bildiyi üçün, onu örtən penis dərisi olduqca mütəhərrikdir. Sükut halında penis maksimum yığılarkən xayalığın dərisində gizlənir və penis dərisi bir çox büküşlər təşkil edərək sərbəst surətdə sallanır.
Dəri qatı Penisi örtən dəri artıq dərəcədə nazik, şəffaf, elastik və bir az piqmentlidir. Elastiki olduğu üçün çox genələ bilir, ona görə də ereksiya zamanında penis öz şəklini və həcmini dəyişdirməsinə baxmayaraq, tamamilə dəri ilə örtülü olur. Penis dərisinin daxili təbəqəsində həlqəvi istiqamətində gedən saya əzələ lifləri vardır. bu təbəqə xayalığın əzələ təbəqəsinə uyğun olaraq adlanır. Penis dərisi aşağı tərəfdən xayalıq dərisinə və yuxarı tərəfdən qasıq dağcığı dərisinə keçir. aşağı səthində orta xətdə zəif tikiş — vardır; bu tikiş arxaya doğru gedərək xayalıq tikişi ilə birləşir. penis dərisi tüksüzdür; anca onun kökü nahiyəsində bir az tük vardır.
Pülük thumb|200px|Sünnət — əməliyyatı. Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük — adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq — qalır. Həmin boşluqda adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində — ifraz olunur; ancaq tərkibində penis başını və pülüyün daxili qatını örtmüş epitel hüceyrələrin söküntüləri vardır. Pülüyün azad kənarı kiçik girdə bir dəlik — vasitəsilə penis zirvəsini əhatə etmişdir. böyüklərdə bu dəlik açıq olduğundan penis zirvəsi xaricdən görünür; uşaqlarda isə örtülü olur, hətta pülük penis başını örtdükdən sonra bir az da aşağı sallanır. Yaşa dolduqda və təkrak koitus nəticəsində pülük genəlir. Sünnət olanlarda tamamilə açıq qalır. Bəzən o qədər dar olur ki, penis başı xaricə çıxa bilmir, bu hadisəyə fimoz — deyilir. Bu halda pülüyü əməliyyat edib () penis başını azad etmək lazım gəlir. penis başının yuxarı səthi aşağı səthindən uzun olduğu üçün, pülük də yuxarıda aşağıdan uzun olur və aşağı tərəfdən yüyən — vasitəsilə penis başının aşağı səthi ilə bitişir.
Pülüyün əhəmiyyəti ondan ibarətdir ki, bir tərəfdən penis başını örtərək onu sürtünmədən mühafizə edir və digər tərəfdən ehtiyat dəri vəzifəsini görür. Ereksiya zamanında penis öz şəklini və həcmini dəyişib artıq dərəcədə uzanarkən pülük gərginləşir və nəticədə onun daxili təbəqəsi xaricə çevrilərək uzanmış penisi örtür. Penis və pülüyün belə mütəhərrik olması koitus zamanı penisin firiksiyasına (qadın cinsiyyət üzvü — uşaqlıq yolunda hərəkətinə) imkan verir.
Bağları Penis öz normal vəziyyətində iki bağ vasitəsilə fiksasiya olunmuşdur: 1) penis asılan bağ — — birləşdirici toxuma liflərindən təşkil olunaraq qasıq bitişməsinin ön səthindən başlayır, aşağıya doğru gedir və iki dəstəyə ayrıldıqdan sonra penisin arxa səthində ağlı qişaya bağlanır.
Damar və sinirləri
Arteriyalar Penis arterial qanı daxili və xarici cinsiyyət arteriyalarından alır. Xarici ciniyyət arteriyası xayalığın və penisin dərisinə şaxəsini və daxili cinsiyyət arteriyası isə penisin mağaralı və süngəri cisimlərinə , xayalığın dal hissəsinə adlanan şaxələrini verir.
Penis arteriyası daxili cinsiyyət arteriyasından başlayaraq aralıq nahiyyəsində üç şaxəyə bölünür: penis soğanağı arteriyası — , penisin süngəri cismini qidalandıran sidik kanalı arteriyası — , penisin mağaralı cismini və qişalarını, pülüyü və penis başını qidalandıran penisin dərin arteriyası — və penisin arxa arteriyası — . Penisin başı nahiyəsində bir-birilə anastomozlaşır.
Venalar penisdən yığılan venoz qan iki növ: səthi və dərin damarlar ilə axır. Səthi venalardan venoz qan penisin tək və ya cüt dərialtı arxa venasına () yığışır; bu damar orta xətdə penisin arxası ilə gedərək penisin kökü nahiyəsində bud venasına və ya qıçın böyük dərialtı venasına açılır. Penisin dərin venaları ikidir: 1) penisin cüt dərin venaları () və 2) penisin tək fassiyaaltı arxa venası (). Fassiyaaltı arxa vena penis başının arxasında əmələ gələn venoz kələfdən () başlayaraq penisin arxasında fassiyaaltı ilə dala doğru gedir, qasıq bucağının altında ilə arası ilə kiçik çanağa keçir və orada venoz cinsiyyət kələfinə açılır. Bu damar penisin süngəri cismindən və mağaralı cisimlərindən gələn venaları () qəbul edir. Penisin dərin venaları mağaralı cisimlərdən venoz qanı yığaraq sidik-cinsiyyət üçbucağını keçir və daxili cinsiyyət venasına () açılır. penis soğanağından yığılan venoz qan isə bilavasitə cinsiyyət kələfinə axır.
Limfa Penisdən başlanan limfa damarları qan damarları kimi səthi və dərin qrupa bölünürlər. Səthi damarlar penisin qişalarından və dərisindən limfanı yığaraq penisin arxası ilə gedir və içəri qrup qasıq limfa düyünlərinə açılır. dərin limfa damarları mağaralı cisimlərdən, sidik kanalından və penis başından limfanı yığaraq fassiyaaltı ilə gedir və qasığın dərin limfa düyünlərinə daxil olur. penisdən gələn bəzi limfa damarları limfanı kiçik çanaqdakı limfa düyünlərinə daşıyır.
Sinirlər Penisin sinirləri iki növdür. hissi və hərəki. Hissi sinirlərə cinsiyyət sinirindən çıxan aiddir. Hər iki sinir simpatik və parasimpatik sinir sistemindən çıxaraq penis əzələlərini və qan damarlarını innervasiya edir və nəticədə ereksiya aktını tənzim edir. Penis simpatik sinirlərini simpatik kötüyün çanaq hissəsindən və parasimpatik sinirlərini () I–II oma sinirlərindən alır; bu sinirlər adı ilə aşağı qarınaltı kələfdən ayrılır.
Ereksiya mexanizmi thumb|266x266px|Penis boş və bərkimiş vəziyyətdə.