Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkiləri — 1 noyabr 2015-ci ildə Azərbaycanın 125 Seçki dairəsi üzrə keçirilmiş parlament seçkiləridir. Seçkidə seçicilərin 55,7%-i (2,897,188 nəfər) iştirak edib. Seçkilərin nəticələrinə əsasən İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası əksər seçki dairələrində qalib gələrək seçkilərdə qələbə qazandı .

Sonuncu seçkilər 2010-cu ildə Milli Məclisə keçirilmiş son seçkilərdə Yeni Azərbaycan Partiyası 72 dairədə daha çox səs toplayaraq qalib gəlmişdir. 41 dairədə bitərəf namizədlər, 12 seçki dairəsində isə digər partiya nümayəndələri qalib olmuşdur. 2013-cü il prezident seçkilərində İlham Əliyev qələbə qazanmışdır.

Seçki Öncəsi Azərbaycan Xalq Partiyası, Azadlıq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən Azadlıq-2015 Seçki Bloku təsis olundu.

Seçki günü Saat 08:00-da başlayan seçkilər saat 19:00-da başa çatıb. Seçkilərdə 15 siyasi partiya və daha 7 partiyadan ibarət olan bir seçki bloku iştirak edib. Ümumilikdə 125 mandat üzrə 767 namizəd mübarizə aparıb.

Saat 17:00-a olan məlumata əsasən, Milli Məclisə seçkilərdə 2 605 948 seçici (seçici fəallığı 50,1 faiz) səs verib.

Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyib. Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit-poll" keçirib. Bütün exit-poll nəticələri YAP-ın qələbəsini qeyd edib.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin respublika üzrə saat 19:00-a olan seçici fəallığı ilə bağlı yekun məlumat açıqlanıb.

Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Rüfət Gülməmmədov məlumat verib ki, ölkə üzrə ümumilikdə seçicilərin 2 milyon 897 min 188-i səsvermədə iştirak edib. Bu isə 55,7 faiz seçici fəallığı deməkdir.

Nəticələr

Partiyalar üzrə Siyasi partiyaSədrSəsMandat#%+\-Sayı+\-Mandat qazanan Yeni Azərbaycan Partiyasıİlham Əliyev 1 340 770 1.72 Bitərəf- 1 450 113 3.20 Vətəndaş Həmrəyliyi PartiyasıSabir Rüstəmxanlı 37 561 0.63 1 Ana Vətən PartiyasıFəzail Ağamalı 28 483 0.39 1 Azərbaycan Demokratik İslahatlar Siyasi PartiyasıAsim Mollazadə 21 044 0.51 Azərbaycan Demokratik Maarifçilik PartiyasıElşən Musayev 13 279 0.47 1 Azərbaycan Sosial Demokrat Partiyası Araz Əlizadə 11 288 0.22 1 Azərbaycan Sosial Rifah PartiyasıXanhüseyn Kazımlı 22 003 0.01 Bütöv Azərbaycan Xalq Cəbhəsi PartiyasıQüdrət Həsənquliyev 42 459 0.46 Böyük Quruluş PartiyasıFazil Mustafa 34 156 0.47 Milli Dirçəliş Hərəkatı Partiyası Fərəc Quliyev 12 043 Yeni Yeni Vəhdət PartiyasıTahir Kərimli 15 070 0.44 1 Vətəndaş Birliyi Partiyası Sabir Hacıyev 13 548 0.05 Mandat qazanmayan Azərbaycan Demokrat PartiyasıSərdar Cəlaloğlu 2 746 0.22 Azərbaycan Xalq Partiyası Pənah Hüseyn 6 152 0.07 Azərbaycan Kommunist Partiyası Hacı Hacıyev 11 426 0.11 Azərbaycan Milli Demokrat PartiyasıTufan Kərim 481 0.03 Azərbaycan Milli İstiqlal PartiyasıArzuxan Əlizadə 10 526 0.60 Azərbaycan Ümid Partiyasıİqbal Ağazadə 14 815 0.38 1 Böyük Azərbaycan PartiyasıElşad Musayev 2 807 0.07 Ədalət Partiyasıİlyas İsmayılov 6 507 0.30 1 Demokratik Azərbaycan Dünyası PartiyasıƏlisahib Hüseynov3 230 0.35 Müsavat Partiyası Arif Hacılı 24 995 1.18 Klassik Xalq Cəbhəsi PartiyasıMirmahmud Mirəlioğlu 11 671 0.90 Vətəndaş və İnkişaf Partiyası Əli Əliyev 3 374 0.35

İstinadlar

Kateqoriya:Azərbaycanda parlament seçkiləri Kateqoriya:2015-ci ildəki hadisələr Kateqoriya:2015-ci ildə Azərbaycan Kateqoriya:1 noyabrdakı hadisələr Kateqoriya:Azərbaycanda parlament seçkiləri (2015) Kateqoriya:2015-ci ildə seçkilər