Düzkənd, Axuryan — Düzkənd rayonunun mərkəzi.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.

Tarixi Düzkənd İrəvan quberniyasının Aleksandropol qəzasında kənd olmuşdur. [133, 89]. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra – 31 dekabr 1937-ci ildə yaradılan Düzkənd rayonunun mərkəzi olmuşdur.İbrahim Bayramov. "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002. səh.136 XVIII əsrə aid mənbədə — "İrəvan əyalətinin icmal dəftəri"ndə Böyük Düzkənd, Kiçik Düzkənd adlı iki kəndin adı göstərilirİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.132. Erməni mənbəyində Düzkənd kəndinin digər adı kimi Böyük Düzkənd göstərilirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.42. Görünür, sonralar Böyük Düzkənd və Kiçik Düzkənd kəndləri birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.90 qeyd edilmişdir.

Toponimi Toponim türk dilində "düzənlik, çöl düzəngah" mənasında işlənən düz sözünəYüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, "Elm", 1966. s.70Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.195 kənd coğrafi nomeninin artırılması yolu ilə yaranmışdır. Relyeflə bağlı düzələn mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7. XII.1945-ci il fərmanı ılə adı dəyişdirilib Axuryan qoyulmuşdur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Şiralel nahiyəsində kənd adı kimi qeyd olunmuşdur. 1931-ci ildən 1950-ci ilədək Düzkənd rayonu və onun mərkəzinin adı idi.

Əhalisi 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828–1829-cu illərdə Türkiyədən köçürülmüşdür. 1918-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Şörəyel mahalı Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri