Zeyd ibn Sabit əl-Ənsari (; təqribən 615, Mədinə — təqribən 665, Mədinə) — Məhəmməd peyğəmbərin səhabəsi və katibi.
Həyatı Ümmətin içində fəraizi (miras hüququnu) ən yaxşı bilən səhabə Zeyd ibn Sabitdir. O uca vəhyin katibi (katibül vəhiy, katibül-Rəsulullah), fəraizi ən yaxşı bilən, ən dəqiq hökmlər verən və ən yaxşı Quran oxuyan məşhur imamlardan biri idi. Əbu Bəkrin dövründə Quranın toplanması ilə məşğul olan heyətin başında duran və Quranı yaxşı bilən Həzrət Zeyd "Cəmiül-Quran" ünvanını almışdır.
Rəsulullahın "Fəraizi ən yaxşı bilən Zeyddir" hədisi onun fəraiz elminə necə bələd olduğunu göstərir.Müsnəd, 3/381 Ömər Suriyaya gedəndə Mədinədə olan Zeyd ibn Sabitlə məktublaşar, məktublarında Zeydin adını öz adından əvvəl yazardı. Bir gün miras məsələsində çətinliklə qarşılaşmış, birbaşa Zeyd ibn Sabitin evinə getmişdi. Nə Ömər, nə də Osman hökm, fitva, fəraiz və qiraət məsələlərində Zeyd ibn Sabit ola-ola kimsəyə müraciət etməmişdirİbn Sad, 2/359. Zeyd ibn Sabit vəfat edəndə İbn Ömər belə demişdi: "Bu gün insanların alimi öldü".
İbn Ömər belə deyir:
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:Ənsarilər Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Mədinəlilər