Remington 700 (Reminqton 700) — ABŞ istehsalı tüfəng.

Fərqli patronlara uyğun fərqli modifikasiyaları mövcuddur. Standart patron 7,62×51 mm Nato (.308 Win)-dir. Texniki olaraq darağlı, sürüşgən çaxmaq mexanizmli tüfəngdir. Patron tutumu modifikasiyadan asılı olaraq 3 və ya 5 ola bilər. Remington Arms şirkətinin ən məşhur məhsuludur.

Tüfəng fərqli istehsalçılar tərəfindən hazırlanmış nişangahlarla istifadə edilir. Geweht 98 tüfənginə əsasən hazırlanmışdır, istehsala isə 1962-ci ildə başlanmışdır. Modelin fərqli modifikasiyaları var və ABŞ-də .177 Rem (4,5 mm), .338 Lapua Magnum (8,6 mm) kalibrli snayper, idman və ya ov tüfəngləri kimi istifadə edilir. Silah yüksək keyfiyyətə malikdir. Silahın məşhur olma səbəblərindən biri isə fərqli şirkətlər tərəfindən çox sayıda istehsal edilən komponentlərdir. Çaxmaq poladdan hazırlanmışdır və silindrik formadadır.

Model 700 – Məşhur versiyaları Model 700-ün bir neçə versiyaları mövcuddur: Model 700 Model 700 SPS Model 700 ADL Model 700 BDL Model 700 CDL Model 700 Safari. Model 700 5-R "Mil-Spec"

İstifadə edən ölkələr : ABŞ sərhəd xidməti : Təhlükəsizlik Xüsusi Hərəkat Dairəsi : Azərbaycan Quru Qoşunları : Kanadanın Atlı polisi : Komando Pasukan Katak : Pasukan Gerakan Khas : Filippin dəniz qüvvələri

Həmçinin baxın snayper tüfəngi

Kateqoriya:ABŞ snayper tüfəngləri