Ağciyər xərçəngi — ağciyər toxumalarındakı hüceyrələrin normadan artıq çoxalması ilə müşayiət olunan bir xəstəlik. Bu nəzarət edilə bilməyən artım hüceyrələrin ətrafdakı toxumaları əhatə etməsi və ya ağciyərdən digər orqanlara yayılması ilə (metastaz) nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə ağciyər xərçəngi dünya miqyasında xərçəng xəstəlikləri arasında ən çox ölümə səbəb olan xərçəng növüdür və dünyada hər il təqribən 1,6 milyon insanın ölümünə səbəb olur.

Ölümcüllüyü yüksək olan bu xərçəng növündə dünya miqyasında insanların siqaret çəkmə vərdişlərindəki dəyişməyə bağlı olaraq alt tiplərində və qadınlarda müşahidə edilmə nisbətlərində dəyişikliklər olmuşdur.Köktürk N, Yeğin D, Ulukavak Çiftçi T, Bilgin Mullaoğlu S, Öztürk C. Akciğer Kanserlerinde Epidemiyolojik Özellikler Yıllar İçinde Değişim Gösteriyor mu? "Türk Toraks" jurnalı, dekabr 2004, cild 5, tiraj 3, səhifə(lər) 137-142. Tam mətn Ağciyər xərçənginin ən böyük səbəbi uzunmüddətli olaraq tütün tüstüsünün ağciyərə dolmasıdır,The Merck Manuals. Lung Carcinoma: Tumors of the Lungs Merck Manual Professional Edition, Online edition. Tam mətn amma bununla yanaşı ağciyər xərçəngli xəstələrin 15 faizlik bir hissəsi siqaret istifadə etməyənlərdən ibarətdir.Thun MJ, Hannan LM, Adams-Campbell LL, Boffetta P, Buring JE, Feskanich D, Flanders WD, Jee SH, Katanoda K, Kolonel LN, Lee IM, Marugame T, Palmer JR, Riboli E, Sobue T, Avila-Tang E, Wilkens LR, Samet JM. Lung Cancer Occurrence in Never-Smokers: An Analysis of 13 Cohorts and 22 Cancer Registry Studies. PLoS Med. 2008 sentyabr 9;5(9):e185. PMID 18788891 Ağciyər xərçəngi bir çox amildən asılı olaraq yaranan xəstəlikdir. Bu amillər arasında genetik amillər,Gorlova OY, Weng SF, Zhang Y, Amos CI, Spitz MR. Aggregation of cancer among relatives of never-smoking lung cancer patients. Int J Cancer. 2007 iyul 1;121(1):111-8. PMID 17304511 Hackshaw AK, Law MR, Wald NJ. The accumulated evidence on lung cancer and environmental tobacco smoke. BMJ. 1997 oktyabr 18;315(7114):980-8. PMID 9365295 radon qazı,Catelinois O, Rogel A, Laurier D, Billon S, Hemon D, Verger P, Tirmarche M. Lung cancer attributable to indoor radon exposure in france: impact of the risk models and uncertainty analysis. Environ Health Perspect. 2006 sentyabr;114(9):1361-6. PMID 16966089 asbestO'Reilly KM, Mclaughlin AM, Beckett WS, Sime PJ. Asbestos-related lung disease. Am Fam Physician. 2007 mart 1;75(5):683-8. PMID 17375514 və atmosferin çirklənməsiKabir Z, Bennett K, Clancy L. Lung cancer and urban air-pollution in Dublin: a temporal association? Ir Med J. 2007 fevral;100(2):367-9. PMID 17432813 Coyle YM, Minahjuddin AT, Hynan LS, Minna JD. An ecological study of the association of metal air pollutants with lung cancer incidence in Texas. J Thorac Oncol. 2006 sentyabr;1(7):654-61. PMID 17409932 Chiu HF, Cheng MH, Tsai SS, Wu TN, Kuo HW, Yang CY. Outdoor air pollution and female lung cancer in Taiwan. Inhal Toxicol. 2006 dekabr;18(13):1025-31. PMID 16966302 kimi amillər vardır.

Ağciyər xərçənginin simptomları xəstəliyin harada başlandığından, necə yayıldığından və bədənin xəstəliyə reaksiyalarından asılı olaraq dəyişə bilir.Köktürk N, Ulukavak Çiftçi T, Yeğin D, Bilgin Mullaoğlu S, Habeşoğlu MA, Öztürk C. Akciğer Kanserli Olgularımızda Semptomatolojik, Radyolojik ve Endoskopik Bulguların Histopatolojik Bulgularla Birlikte Değerlendirilmesi. "Türk Toraks" jurnalı, dekabr 2004, cild 5, tiraj 3, səhifə(lər) 143-147. Tam mətn Ən çox müşahidə edilən simptomları nəfəs daralması, öskürək (qanlı öskürək - hemoptizis də daxil) və çəki itkisidir.Minna JD (2004). Harrison's Principles of Internal Medicine. McGraw-Hill, 506–516. ISBN 0-07-139140-1. Bu simptomlar sadəcə ağciyər xərçənginə xas olmadığından xərçəng diaqnozu qoyulması gecikə bilər. Ağciyər xərçəngi döş qəfəsi rentgeni və kompüter tomoqrafiyası ilə görülə bilər. Dəqiq diaqnoz biopsiya ilə qoyulur. Biopsiya, adətən, bronxoskopiya və ya kompüter tomoqrafiyası köməkliyi ilə edilir. Müalicə və proqnozu müəyyən edən amillər xərçəngin histoloji tipi, xərçəngin mərhələsi və xəstənin ümumi vəziyyətidir. Ağciyər xərçənginin bir çox histoloji alt tipləri olmasına baxmayaraq klinikada, adətən, kiçik hüceyrəli və kiçik olmayan hüceyrəli ağciyər xərçəngi olmaq üzrə iki başlıqda araşdırılır, çünki müalicədə gediləcək yol bu qruplaşmadan asılıdır. Kiçik hüceyrəli ağciyər xərçəngi müalicəsində kimyaterapiya və radioterapiyaya üstünlük verilir. Kiçik olmayan hüceyrəli xərçənglərdə ilk seçim cərrahiyyədir.Vaporciyan AA, Nesbitt JC, Lee JS və dostları (2000). Cancer Medicine. B C Decker. s. 1227–1292. ISBN 1-55009-113-1

Ağciyər xərçənginin müşahidə nisbəti yaş artdıqca artır, çox vaxt 50-70 yaşlarında müşahidə olunur.Bozkurt B, Selçuk ZT, Fırat P, Kalyoncu AF, Artvinli M. 1972-2002 Döneminde Hacettepe Üniversitesi Tıp Fakültesi Hastanesi’nde Akciğer Kanseri Tanısı Konulan Hastaların Histolojik ve Epidemiyolojik Değerlendirmesi. "Türk Toraks" jurnalı, dekabr 2004, cild 5, tiraj 3, səhifə(lər) 148-153. Tam mətn Ağciyər xərçəngi erkən dövrlərdə beş illik sağ qalma qabiliyyəti 60-70 faiz, sonrakı dövrlərdə bu nisbət 5 faizdən də aşağı olur. Bütün alt tiplər və mərhələlər nəzərə alınanda müalicə ilə beş illik sağ qalma qabiliyyəti nisbəti Amerika Birləşmiş Ştatlarında 18,1 faizdir (2017), ancaq sağ qalma qabiliyyəti nisbətləri inkişaf etməkdə olan ölkələrdə daha aşağıdır.

Sıxlıq və yayılma thumb|500px|right|ABŞ-də kişilərdə ağciyər xərçəngi və siqaret arasındakı korrelyasiya. Qrafik 20 illik aralıqda artan siqaret çəkilmə nisbətləri və artan ağciyər xərçəngi insidentlərini göstərir. Bütün xərçəng növləri arasında ən ölümcül xərçəng növü olan ağciyər xərçəngi kişilərdə ən çox ölümə səbəb olan birinci, qadınlarda isə ikinci xərçəng növüdürWorld Health Organization. (2004) The World Health Report Tam mətn və bütün dünyada hər il təqribən 1,6 milyon nəfərin ölümünə səbəb olur. Həmçinin, ABŞ-də həm qadın, həm də kişilərdə ölümə səbən olan xərçəng növləri arasında 1-ci yerdədir.Jemal A, Tiwari RC, Murray T, Ghafoor A, Samuels A, Ward E, Feuer EJ, Thun MJ; American Cancer Society. Cancer statistics, 2004. CA Cancer J Clin. 2004 Jan-Feb;54(1):8-29. PMID 14974761 Hal-hazırda ağciyər xərçəngi ABŞ-də qadınlarda ölümə səbəb olan xərçəng növləri arasında qabaqcıllardandır və süd vəzi xərçəngi, yumurtalıq xərçəngi və yumurtalıq yolu xərçəngi cəmindən daha çox yayılmışdır.National Lung Cancer Partnership: Lung Cancer in American Women Ancaq ABŞ-də siqaret istifadəsinin azalması ilə ağciyər xərçəngi sıxlığı da azalmaya başlamışdır.

Ağciyər xərçəngi 20-ci əsrin əvvəlində nadir bir xəstəlik idi, bu gün isə hər iki cinsdə də xərçəng ölümlərinin başında yer alır. Ölümcüllüyü olduqca yüksək olan bu xərçəng növündə dünya miqyasında siqaret çəkmə vərdişlərindəki dəyişməyə bağlı olaraq histoloji alt tiplərinin nisbətində dəyişikliklər yaşanmışdır. Tarixi olaraq çox vaxt kişilərdə müşahidə edilən bu xərçəng növü müəyyən müddət içində meydana gələn sosioloji dəyişikliklər nəticəsində qadınların da siqaret istifadəsi vərdişlərinin artması nəticəsində qadınlarda bu xərçəng növünün müşahidə edilmə sıxlığı da artmışdır.

Ağciyər xərçənginin dünyəvi artım sürəti ildə 0,5 faiz olduğu halda qadınlarda hər il 4,1 faiz artım vardır. İnkişaf etmiş ölkələrdə əvvəllər xərçəngdən ölümlərin 34 faizinin səbəbkarı ağciyər xərçəngləri idi, amma hal-hazırda 28 faizinin səbəbkarıdır. Bu azalmalar inkişaf etmiş ölkələrdə siqaret istifadəsində gözlə görünən azalma və siqaret tərkibində edilən dəyişikliklərlə bağlıdır. Ancaq inkişaf etməkdə olan ölkələrdə siqaret istifadəsində azalma olmaması, əksinə, artması nəticəsində ağciyər xərçəngi həm kişilərdə, həm də qadınlarda bütün xərçəng ölümləri içində vacib yerini qoruyur və gözlə görünən artım göstərir.Akkoçlu, Atilla. Akciğer kanserleri. Türk Toraks Derneği. Tam mətn

Azərbaycanda sıxlıq və yayılma Azərbaycanda isə ən çox yayılan xərçəng süd vəzi xərçəngidir. 2017-ci ilin statistikalarına görə Azərbaycanda 2.000 nəfər süd vəzi xərçəngindən əziyyət çəkir. Ağciyər xərçəngi isə ikinci sırada dayanır. Daha çox kişilərdə müşahidə edilən bu xəstəlik qadınlarda 20-30 faiz nisbətində görülə bilər.

Əlamətləri Ağciyər və bronx sisteminin ağrı duyğusunu yaşamaması və ilk simptom olan öskürəyin siqaret çəkənlər tərəfindən bir xəstəlik əlaməti olaraq görülməməsi səbəbi ilə ağciyər xərçəngi diaqnozu çox vaxt sonrakı mərhələlərdə qoyulur. Simptomlar həm şişin lokal böyüməsinə, həm də metastatik xəstəliyə və ya metastatik olmayan xərçəngli hüceyrələrin bədənin digər toxumalarına dolayı yolla təsirlərinə (paraneoplastik sindromlara) bağlı olaraq dəyişə bilər.Göksel, Tuncay. Akciğer kanseri. Türk Toraks Derneği yayınları. Tam mətn

Simptomlar Ağciyər xərçənginin simptomları əsas şiş tipindən, şişin döş qəfəsi içində (intratorakal) yayılmasından, metastazlara və ya paraneoplastik sindromlardan asılı olaraq ortaya çıxır.Collins LG, Haines C, Perkel R, Enck RE. Lung cancer: diagnosis and management. Am Fam Physician. 2007 yanvar 1;75(1):56-63. PMID 17225705 Amerika Toraks Cəmiyyəti və Avropa Tənəffüs Cəmiyyətinin müxtəlif araşdırmaların məlumatlarına görə etdiyi ortaq araşdırmaların nəticəsində öskürək 8%-75%, çəki itkisi 0%-68%, nəfəs daralması 3%-60%, sinə ağrısı 20%-49% və öskürərək qan tüpürmə (hemoptizis) 6%-35% aralığında müşahidə edilə bilir.

Diaqnoz qoyulan xəstələrin 10% ilə 25% aralığında bir hissəsiSavaş İ, Kaya A. Akciğer Kanserlerinde Semptomlar ve Bulgular. Türkiye Klinikleri J Surg Med Sci 2006, 2(12):66-71. asimptomatikdir, yəni hər hansı bir simptom göstərmir. Belə xəstələrdə xərçəng diaqnozu təsadüfən çəkilən ağciyər rentgenində və ya kompüter tomoqrafiyasında aşkar edilən ilkin ağciyər törəmələrinin araşdırılması ilə diaqnoz qoyulur. Xərçəngin böyüməsi və ağciyər toxumasında yayılması nəticəsində öskürək, nəfəs daralması, xırıltılı tənəffüs, sinə ağrıları, hemoptiz (qanlı öskürək) simptomları müşahidə edilə bilər. Ağciyər xərçənginin metastazları isə yayıldığı orqandan asılı olaraq aşkar edilir. Bu xərçəngin baş beyinə etdiyi metastazı nevroloji simptomlarla, sümüyə etdiyi metastazı isə ağrı şikayətləri ilə müşahidə edilə bilir. Şiş hüceyrələrindən ifraz edilən hormonlara görə paraneoplastik sindromlar inkişaf edə bilər. Müxtəlif hormonların ifrazı nəticəsində ifraz edilən hormondan asılı olaraq müxtəlif simptomlar görülə bilər. Həmçinin, ağciyər xərçəngli xəstələrin çoxunda çəki itkisi, halsızlıq, yorğunluq kimi spesifik olmayan simptomlar da müşahidə edilə bilər.

Simptomlar əsas şişlərin lokalizasiyasına, yəni yerinə görə dəyişə bilər. Bronx içi (endobronxial) mərkəzi şişlərdə daha çox öskürək, nəfəs daralması, hemoptizis, periferik şişlərdə isə çox vaxt plevral boşluqdan yaranan sinə ağrısı və nəfəs daralması kimi simptomlar müşahidə edilir. Həmçinin, xəstələrin 5-10 faizində heç bir simptom olmaya da bilər.Akkoçlu, Atilla. Akciğer kanserlerinde tanı, evreleme ve tedavi öncesi değerlendirme. Türk Toraks Derneği. Tam mətn