Mister Olimpiya — Bodibildinq idmanı üzrə ən əhəmiyyətli turnir. Ümumdünya bodibildinq və fitnes federasiyası (IFBB) tərəfindən keçirilir.
Tarixi Joe Veyder tərəfindən təşkil olunmuş bu turnir ilk dəfə 1965-ci ilin 18 sentyabrında Nyu-Yorkda, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Yarşın keçirilməsində məqsəd idmançıların il boyu formada olmasını saxlamaq və maddi baxımdan gəlir əldə edə bilməsi idi. Peşəkar idmançıların qatıldığı bu turnir 1998-ci ildən qaydalara əsasən hər il sentyabr ayında Las-Veqas şəhərində keçirilir. İlk vaxtlar turnirdə ancaq Mister Dünya, Mister Amerika və Mister Kainat yarışlarının qalibləri iştirak edə bilərdi.
Hal-hazırda Mister Olimpiya turnirinə əvvəlik illin ilk 6-lığı əldə edənlər, Arnold Classic turnirinin ilk 6-lığı, Nyu-York Pro turnirinin ilk 5-liyi, istənilən Qran-Pri yarışlarının ilk 3-lüyü dəvət olunur.. Əyər 2000-ci ildə keçirilmiş turnirin mükafat fondu 230 min, qalibə verilən pul mükafatı 100 min dollar idisə, 2013-cü ilin Mister Olimpiya yarışının mükafat fondu artıq 1 milyon dollar olmuşdur. Qalib isə 250 min dollar qazanmışdır.. Turnir iki hissədən ibarətdir:
1. İlkin. 2. Final.
İlkin hissədə iştirakçılar standart hərəkətlərlə öz əzəllərini nümayiş etdirir. Final mərhələsində isə hakimlər tərəfindən seçilmiş iştirakçılar sərbəst proqramla çıxış edirlər.
Turnirin qalibləri 8 qat Mister Olimpiya Ronni Koulmen|thumbnail|right thumbnail|right|7 qat Mister Olimpiya Fil Hit 55 illik turnir tarixinin (1965–2019) cəmi 15 qalibi olmuşdur. İl Qaliblər Yer 1965 Larri Skot Nyu-York, ABŞ 1966 Larri Skot Nyu-York, ABŞ 1967 Serjio Oliva Nyu-York, ABŞ 1968 Serjio Oliva Nyu-York, ABŞ 1969 Serjio Oliva Nyu-York, ABŞ 1970 Arnold Şvartsenegger Nyu-York, ABŞ 1971 Arnold Şvartsenegger Paris, Fransa 1972 Arnold Şvartsenegger Essen, Almaniya 1973 Arnold Şvartsenegger Nyu-York, ABŞ 1974 Arnold Şvartsenegger Nyu-York, ABŞ 1975 Arnold Şvartsenegger Pretoriya, CAR 1976 Franko Kolombo Kolumbus, ABŞ 1977 Frenk Zeyn Kolumbus, ABŞ 1978 Frenk Zeyn Kolumbus, ABŞ 1979 Frenk Zeyn Kolumbus, ABŞ 1980 Arnold Şvartsenegger Sidney, Avstraliya 1981 Franko Kolombo Kolumbus, ABŞ 1982 Kris Dikerson London, Böyük Britaniya 1983 Samir Bannut Münhen, Almaniya 1984 Li Heyni Nyu-York, ABŞ 1985 Li Heyni Brüssel, Belçika 1986 Li Heyni Kolumbus, ABŞ 1987 Li Heyni Qöteborq, İsveçrə 1988 Li Heyni Los-Anceles, ABŞ 1989 Li Heyni Rimini, İtaliya 1990 Li Heyni Çikaqo, ABŞ 1991 Li Heyni Orlando, ABŞ 1992 Dorian Yets Helsinki, Finlandiya 1993 Dorian Yets Atlanta, ABŞ 1994 Dorian Yets Atlanta, ABŞ 1995 Dorian Yets Atlanta, ABŞ 1996 Dorian Yets Çikaqo, ABŞ 1997 Dorian Yets Lonq-Biç, ABŞ 1998 Ronni Koulmen Nyu-York, ABŞ 1999 Ronni Koulmen Las-Veqas, ABŞ 2000 Ronni Koulmen Las-Veqas, ABŞ 2001 Ronni Koulmen Las-Veqas, ABŞ 2002 Ronni Koulmen Las-Veqas, ABŞ 2003 Ronni Koulmen Las-Veqas, ABŞ 2004 Ronni Koulmen Las-Veqas, ABŞ 2005 Ronni Koulmen Los-Anceles, ABŞ 2006 Cey Katler Las-Veqas, ABŞ 2007 Cey Katler Las-Veqas, ABŞ 2008 Dekster Cekson Las-Veqas, ABŞ 2009 Cey Katler Las-Veqas, ABŞ 2010 Cey Katler Las-Veqas, ABŞ 2011 Fil Hit Las-Veqas, ABŞ 2012 Fil Hit Las-Veqas, ABŞ 2013 Fil Hit Las-Veqas, ABŞ 2014 Fil Hit Las-Veqas, ABŞ 2015 Fil Hit Las-Veqas, ABŞ 2016 Fil Hit Las-Veqas, ABŞ 2017 Fil Hit Las-Veqas, ABŞ 2018 Şon Roden Las-Veqas, ABŞ 2019 Brendon Karri Las-Veqas, ABŞ 2022 Hadi Çoban Las-Veqas, ABŞ
Qələbələrin sayı Hələlik 13 qalib arasında ən yüksək nəticə Li Xeyni ilə Ronni Koulmenə məxsusdur.
1 dəfə qalib gələnlər:Kris Dikerson(1982), Samir Bannut(1983), Dekster Cekson (2008), Şon Roden (2018) , Hadi Çoban (2022),
2 dəfə qalib gələnlər:Larri Skot(1965–1966), Franko Kolombo(1976, 1981)
3 dəfə qalib gələnlər:Sejio Oliva(1967–1969), Frenk Zeyn(1977–1979)
4 dəfə qalib gələnlər:Cey Katler(2006–2007, 2009–2010)
6 dəfə qalib gələnlər:Dorian Yets(1992–1997)
7 dəfə qalib gələnlər:Arnold Şvartsenegger(1970–1975, 1980), Fil Hit (2011–2017)
8 dəfə qalib gələnlər:Li Heyni(1984–1991), Ronni Koulmen(1998–2005).
Turnirin strukturu Mister Olimpiya heçdə bir yarışdan ibarət deyil. 2010-cu ildən sonra bu turnirin tərkibində 9 müxtəlif kateqoriya mövcuddur: Mister Olimpiya. 212 Showdown(çəkisi 212 funt və onda aşağı olan idmançılar üçün nəzərdə tutulmuş). Klassik kateqoriya Miss Olimpiya.(qadın bodibilderlərin yarışı) Fitnes Olimpiya.(qadınların fitnes üzrə yarışı) Figure Olympiya.(qadınlarn fitnes və bədən quruluşu yarışması) Bikini Olympiya.(qadınların fitnes və bədən quruluşu yarışması, bikini kateqoriyası) Men's Physique Showdown.(kişi bədən quruluşu yarışması) Women's Physique Showdown(qadın bədən quruluşu yarışması)
İstinadlar
Həmçinin bax Bodibildinq Arnold Classic
Xarici keçidlər http://www.ifbb.com/ http://www.olympiaamateur.com/en/homepage/ http://www.ambal.ru/ http://coolbody.org.ua/
Kateqoriya:Mister Olimpiya Kateqoriya:Mister Olimpiya yarışları