L'Arc~en~Ciel (; - raruku an sieru) — 1991-ci ildə Osakada yaradılmış yapon rok qrupu.

Tarix

L'Arc~en~Ciel qrupu 1991-ci ildə vokalist Hideto Takari (o zaman HIDE, daha sonra isə hyde ləqəbi ilə tanınır),As used in the band's first home video, the self-titled L'Arc~en~Ciel released on 1992-03-16. Retrieved 2012-05-07. gitaraçı hiro və təbilçi pero, qrupun başçısı olan bassçı Tetsuya Oqava (o zaman TETSU ləqəbi altında ifa edirdi) tərəfindən çağırılanda yarandı. Bir il ərzində qrup Osaka şəhərində məşhur olub və 1992-ci ilin iyunun 12-də hiro onu tərk edib. Bundan sonra TETSU öz dostu ken ilə danışıb, ona universiteti tərk edib, qrupa gitaraçı olaraq qoşulmağa inandırmışdı. Bundan sonra, 1992-ci ilin dekabrın 30-da qrupu pero da tərk etmişdi və gələn il onu yeni barabançı sakura əvəzləndirib.

1993-cü ilin aprelin 1-də qrup müstəqil, amma geniş şəkildə tanınan Danger Crue Records ilə Dune adlı ilk albomu buraxıb. Albom Oricon şirkətinin indi çartında birinci yeri tutub. Bu böyük şirkətlərin diqqətini cəlb edib və 1994-cü ildə qrup Sony Music Entertainment Japan-a aid olan Ki/oon ilə müqavilə bağlayıb. Həmin il Tierra, 1995-ci ildə Heavenly albomu buraxılıb, 1996-cı ildə çıxan True albomu isə qrupun million nüsxədən çox sayda satılan alomu olub.

1997-ci ilin fevralın 24-də sakura heroinə malik olduğuna görə stimullaşdırıcıların nəzarəti qanununa əsasən həbs olunub. May ayında o, şərti məhkum cəzasını alıb. Həbsi haqqında xəbər ictimailəşdiriləndə, qrupun CD-ləri musiqi mağazaların rəflərindən çıxardılıb. Rurouni Kenshin anime serialının dörd seriyanın sonluğu olan qrupun The Fourth Avenue Cafe mahnısı, serialın keçmiş sonluğu olan T.M. Revolution qrupunun Heart of Sword mahnısı ilə əvəzləndirilib.

Gələn bir neçə ay ərzində qrup jurnallarda üçlük olaraq göstərilirdi. Oktyabrın 17-də onlar Niji sinqlı buraxıblar. Bu sinqlda sakuranı Zi:Kill və Die in Cries qrupların barabançısı yukihiro əvəzləndirib. Noyabrın 14-də sakura qrupu tərk etdiyini rəsmən bəyan edib. Qalan üzvlər The Zombies adı altında L'Arc~en~Ciel mahnılarını ifa etməyə davam ediblər. Fasilənin sonu 1997-ci ilin dekabrın 23-də keçirilən Reincarnation adlı konserti idi. Bu ilk dəfə idi ki, qrup 56 minlik adam üçün konsert verib. Konsert üçün bilətlər 4 dəqiqə ərzində satılıb.

1998-ci ilin yanvarın birində yukihiro qrupa barabançı olaraq qatılıb. Həmin ayın axırında buraxılmış Winter Fall adlı sinql Oricon Singles Chart-da birinci yeri tutan qrupun ilk mahnısı olub.

1999-cu ilin iyulun 1-də qrup Ark və Ray adlı albomları buraxıb. Onlar Yaponiyada və xaricdə (başqa Asiya ölkələrində) eyni zamanda buraxılmış ilk yapon albomları olub. Albomların ikisinin də iki milliondan çox nüsxəsi satılıb. Beləliklə Ark Oricon çartında birinci, Ray isə ikinci yeri tutub. Həmin il qrup Grand Cross Tour çərçivəsində ümumi sayında 650 mindən çox izləyici üçün 12 konsert təşkil edib.

2000-ci ilin avqustun 30-da qrup növbəti Real adlı albomu buraxıb. Qrup iki il yarım fasilədən sonra 2003-cü ildə yeddi konsert verib və gələn il yeni albom buraxacağını elan etdi. 2004-cü ilin fevralında isə üç illik fasilədən sonra ilk dəfə Ready Steady Go sinqlını buraxdı. Martın 31-də buraxılan Smile albomuna daxil olan bu mahnı, Fullmetal Alchemist anime serialının açılış mahnılarından biri kimi istifadə edildi. Həmin ilin iyulun 31-də L'Arc-en-Ciel qrupunun Şimali Amerikadakı debüt konserti olmuşdu. Otakon konvensiyası çərçivəsində 1st Mariner Arena-da keçirilən konsert 12 min izləyici toplamışdı.

2005-ci ilin iyunun 22-də qrupun Awake albomu buraxılıb. Fullmetal Alchemist the Movie: Conqueror of Shamballa tammetrajlı animenin sonluq (Lost Haven) mahnısı bu alboma daxildir. Həmin animenin açılış mahnısı (Link) isə 2007-ci ildə buraxılan Kiss albomuna daxil edilib.

2006-cı ilin noyabrın 25-də və 26-da qrup Tokyo Dome stadionuda iki konsert verərək öz 15 illik yubileyini qeyd etmişdir. Konsertlərə biletlər cəmi iki dəqiqə ərzində satılıb və bu, əvvəl həmçinin L'Arc~en~Ciel tərəfindən qoyulan rekordu qırmışdı.

Qrupun buraxdığı Shine mahnısı Moribito: Guardian of the Spirit animesinin açılış mahnısı olmuşdu. 2007-ci ilin avqustun 29-da buraxılan My Heart Draws a Dream mahnısı isə Subaru reklamında işlənilmişdi və Oricon çartında bitinci yer tutub. Həmin ilin oktyabrın 10-da buraxılan Daybreak's Bell mahnısı həmçinin Oricon çartında bitinci yer tutub. O, Mobile Suit Gundam 00 animesinin açılış mahnısı idi. Noyabrın 21-də Kiss albomu buraxılıb və o da Oricon çartında bitinci yer tutub. 2007-ci ilin dekabrın 22-dən 2008-ci ilin fevralın 17-nə qədər Theater of Kiss turu keçirib. Onların Drink It Down mahnısı Devil May Cry 4 oyunun PS3 və Xbox 360-da yapon açılış mahnısı olmuşdu. Bu mahnı 2008-ci ilin aprelin 2-də buraxılmışdı və Oricon həftəlik çartında birinci yer tutmuşdu. Qrup Tour 2008 L'7: Trans Asia via Paris adlı tura getmişdi. Onun çərçivəsində onlar bir sıra Asiya şəhərlərində və Parisdə konsertlər keçirib.

2010-cu ilin martın 10 qrup Quadrinity: Member's Best Selections adlı yığma albomu buraxmışdı.

2011-ci ilin yanvarın 1-də qrup fasilədən sonra ilk dəfə səhnəyə qayıdaraq, həm yeni ili, həm də öz 20 il yubileyini qeyd etmək üçün Makuhari Messe sərgi mərkəzində L'A Happy New Year! adlı gecəyarısı konsert proqramını təqdim etmişdi. Fevralın 16-da onlar 3 hissədən ibarət olan Twenity yığma albomunu buraxıblar: Twenity 1991-1996, Twenity 1997-1999 və Twenity 2000-2010. Martın 9-da bu üç albom Twenity Box kimi birgə şəkildə satışa buraxılmışdı. Həmin ildə çıxan Fullmetal Alchemist: The Sacred Star of Milos tammetrajlı animesinin saundtrekı L'Arc-en-Ciel qrupunun Good Luck My Way mahnısı olmuşdu. Bu qrupun Fullmetal Alchemist franşızı üçün hazırladığı dördüncü mahnı olmuşdu. Good Luck My Way qrupun 20 illik yubileyi ilə əlaqədar buraxılan ilk mahnı idi. Bundan sonra, mayın 28-də və 29-da Acinomoto stadionuda 20th L’Anniversary Concert adlı iki konsert ifa olunmuşdu. Konsertdən bütün gəlirlər Tohoku zəlzələsinin nəticələri ilə mübarizəyə ayrılmışdı. Oktyabrın 12-də qrupun 20 illik yubileyi ilə əlaqədar XXX (Kiss Kiss Kiss) adlı ikinci sinql buraxılmışdı. Chase adlı üçüncü yubiley sinqlı dekanrın 21-də çıxmışdı.

2012-ci ilin mart ayında L'Arc~en~Ciel World Tour 2012 başlamışdı. Həmin turun çərçivəsində qrup Honq Konq, Banqkok, Şanxay, Taypey, Nyu York, London, Paris, Sinqapur, Cakarta, Seul, Hanalulu və s. şəhərlərdə konsert vermişdi. Bu tur üçün cəlb olunan işçilərin sayı (o cümlədən yaponlar və qeyri-yaponlar) 450 mindən çox idi. Onların Nyu Yorkdakı konserti əvvəl martın 23-də Madison Square Garden teatrında baş verməli idi, amma sonra yeri onun baş səhnəsinə, vaxtı isə martın 25-nə dəyişdirilmişdi. Beləliklə, L'Arc-en-Ciel orda konsert verən ilk yapon musiqiçiləri olmuşdu. Turun sonuda qrup ABŞ-ə qayıdıb. Onlar Honoluluda iki konsert vermişdi. Birincisi mayın 31-də, ikincisi isə iyunun 1-də baş tutmuşdu. İkinci konsert ancaq qrupun fan klubu üzvləri üçün idi.

2014-cü ilin martın 21-i və 22-i tarixlərində Yaponiya Milli Stadionuda keçirilən iki günlük konsert zamanı, qrup yeni Everlasting sinqlını ifa edib, onun buraxılışını bəyan etmişdi. 2015-ci ilin iyunun 15-də qrup bəyan edib ki, sentyabrın 21-22 tarixlərində Osakada L'ArCasino adlı adlı konsert keçirdəcək.

Diskoqrafiya Studiya albomları 1993 — Dune 1994 — Tierra 1995 — Heavenly 1996 — True 1998 — Heart 1999 — Ark 1999 — Ray 2000 — Real 2004 — Smile 2005 — Awake 2007 — Kiss 2012 — Butterfly

Konsert almobları (live) 2012 - World Tour 2012 Live at Madison Square Garden

Toplu albomları (yığma) 2000 - Ectomorphed Works 2001 - Clicked Singles Best 13 2003 - The Best of L'Arc-en-Ciel 1994–1998 2003 - The Best of L'Arc-en-Ciel 1998–2000 2003 - The Best of L'Arc-en-Ciel C/W 2010 - Quadrinity: Member's Best Selections 2011 - Twenity 1991-1996 2011 - Twenity 1997-1999 2011 - Twenity 2000-2010

Single-ları 1992 - "Floods of Tears/Yasouka" 1994 - "Blurry Eyes" 1995 - "Vivid Colors" 1995 - "Natsu no Yuu-utsu [Time to Say Good-bye]" 1996 - "Kaze ni Kienaide" 1996 - "Flower" 1996 - "Lies and Truth" 1997 - "Niji" 1998 - "Winter Fall" 1998 - "Dive to Blue" 1998 - "Honey" 1998 - "Kasou" 1998 - "Shinshoku ~Lose Control~" 1998 - "Snow Drop" 1998 - "Forbidden Lover" 1999 - "Heaven's Drive" 1999 - "Pieces" 1999 - "Driver's High" 1999 - "Love Flies" 2000 - "Neo Universe/Finale" 2000 - "Stay Away" 2001 - "Spirit Dreams Inside -Another Dream-" 2004 - "Ready Steady Go" 2004 - "Hitomi no Juunin" 2004 - "Jiyuu e no Shoutai" 2005 - "Killing Me" 2005 - "New World" 2005 - "Jojoushi" 2005 - "Link" 2006 - "The Fourth Avenue Café" 2007 - "Seventh Heaven" 2007 - "My Heart Draws a Dream" 2007 - "Daybreak's Bell" 2007 - "Hurry Xmas" 2008 - "Drink It Down" 2008 - "Nexus 4/Shine" 2010 - "Bless" 2011 - "Good Luck My Way" 2011 - "X X X" 2011 - "Chase" 2014 - "Everlasting"

Üzvləri

İstinadlar

Kateqoriya:Yaponiya rok-qrupları Kateqoriya:1991-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Kvartetlər