"Araz" — Britaniyada azərbaycan dilində nəşr edilən ilk qəzetLONDONDA TƏSİS OLUNAN «ARAZ» QƏZETİNİN İLK SAYI İŞIQ ÜZÜ GÖRÜB — mediaforum.az saytı.
Tarix Araz qəzetinin ilk sayı 2006-cı ilin 15 sentyabrında Londonda işıq üzü görmüşdürBöyük Britaniyada "ARAZ Azərbaycan" qəzetinin ilk sayı işıq üzü görüb — az.trend.az saytı. Music Talents şirkətinin dəstəyi ilə fəaliyyətə başlayan qəzet, daha sonra reklam və ianələr hesabına işini davam etdirir. Təsisçi redaktor Vüsal Həmzəyevdir. Müxtəlif ölkələrdəki azərbaycan icmalarının yaşamı və fəaliyyəti, Azərbaycan Respublikası və Güney Azərbaycanda baş verən mühüm hadisələr barədə məqalələrin dərc edildiyi aylıq qəzetdə "Qonaq" (İngiltərədə yaşayan azərbaycanlı ailələrlə söhbət), "Səyahət", "Əcnəbi Ailə" rubrikaları maraq doğurur. Qəzet Londondakı azərbaycan və türk icmalarının sevimli mətbuat orqanına çevrilmişdir.
İnternet qəzet Hazırda Araz həmçinin, internet üzərindən fəaliyyətini davam etdirir. Sayt vasitəsilə Avropa və dünyanın digər bölgələrində yaşayan azərbaycanlıların fəaliyyəti və xaricdə Azərbaycanla bağlı təşkil edilən tədbirlər işıqlandırılır, mühacirətdəki azərbaycanlılarla müsahibələr hazırlanır, xarici medianın Azərbaycanla bağlı dərc etdiyi məqalələr azərbaycan dilində oxucuya təqdim edilir.
İstinadlar
Kateqoriya:Azərbaycan dilində qəzetlər Kateqoriya:Birləşmiş Krallıq qəzetləri Kateqoriya:15 sentyabrda yarananlar Kateqoriya:2006-cı ildə Londonda yarananlar