Gözde Kırdar – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının ən təcrübəli oyunçularından biri. Milli komandanın digər bir üzvü Özge Kırdar Çembercinin əkiz bacısıdır.Filenin ikiz sultanları 13'ünde çıktılar yola
Karyerası Voleybola 1999-cu ildə Günəş Sığortanın B komandasında başlayan voleybolçu bu komandanın Vakıfbankla birləşməsindən sonra karyerasına Vakıfbank Günəş Sığortada davam etmişdir.
2003-cü ildə ilk dəfə Türkiyə millisinə çağrılan voleybolçu ilk vaxtlar milli komanda da istədiyi oyunu göstər bilmir. Ancaq illər ötdükcə təcrübəsi də artan Gözde yavaş-yavaş milli komandanın əsas oyunçusuna çevrilməyə başlayır.
Vakıfbankda da özünü yaxşı cəhətdən göstərən voleybolçu 2012-ci ilə qədər komandası ilə birlikdə sırası ilə CEV Çağırış Kuboku, Top Komandalar Kuboku, Çempionlar Liqası və Kulublar arası Dünya Çempionatının qızıl medallarını qazanmışdır. Türkiyədə də, kubok və superkubok qalibiyyətlərinin yanında ölkə çempionluğu da yaşayır.
2012-ci ildə voleybolçu üçün iki əlamətdar hadisə baş verir. Bunlardan biri milli komanda ilə Dünya Qranpirisində yaşanan üçüncülük olur, digəri isə təbii ki, 2012 Yay Olimpiya Oyunlarıdır. Bu turnirdə də doqquzunculuq əldə edən voleybolçunun Türkiyə milli komandasının heyətində əkiz bacısı ilə birlikdə əsas heyətdə oynaması bütün xarici mətbuatı onların üzərinə çəkir. Onlar həmçinin Olimpiya oyunlarında da iştirak edən 18-ci əkiz idmançılar olurlar. İkiz sultanlar Özge ve Gözde tarihe geçti
Uğurları
Milli komanda ilə 2011 Avropa Qadınlar Avropa Çempionatı — Fayl:Med 3.png Bürünc Medal 2012 "Dünya Qranpiri"si — Fayl:Med 3.png Bürünc Medal 2013 Aralıq dənizi oyunları — Fayl:Med 2.png Gümüş Medal
Klublar ilə 2010–11 CEV Çempionlar Liqası — 16px "Vakıfbank" ilə 2011 Kulublar arası Dünya Çempionatı — 16px finalist "Vakıfbank" ilə 2012–13 Türkiyə Kuboku — 16px "Vakıfbank" ilə 2012–13 Türkiyə Qadınlararası Voleybol Çempionatı — 16px "Vakıfbank" ilə 2013 Kulublar arası Dünya Çempionatı — 16px "Vakıfbank" ilə
Şəxsi mükafatları 2010–2011 CEV Qadınlar Çempionlar Liqasında "Ən yaxşı top qəbul edici" 2012–2013 Türkiyə Qadınlararası Voleybol Çempionatında "Ən dəyərli oyunçu" 2013 Kulublar arası Dünya Çempionatında "Ən yaxşı hücumçu"
İstinadlar
Xarici keçidlər
Rəsmi Sayt Rəsmi Twitter Səhifəsi
Kateqoriya:Türkiyənin qadın voleybolçuları Kateqoriya:Vakıfbank Günəş Sığorta İstanbul QVK voleybolçuları Kateqoriya:Kütahyada doğulanlar