Vladimir-Rasate () — Birinci Bulqar dövlətinin Tenqriçi son imperatoru.

İlkin həyatı Vladimir-Rasate atasının dövründə sərkərdə idi. Serbiya knyazının Vlastimirin ölümündən sonra oğulları Mutimir,Stroyimir və Qoynik arasında müharibə başlamışdı. Serbiya knyazlığındakı ara müharibələrindən istifadə edən Boris oğlu Vladimir-Rasate başçılığında ordu göndərsə də qələbəyə nail ola bilməmişdi. Vladimir və 12 boyar əsir düşmüşdü.John V.A. Fine Jr., The Early Medieval Balkans, Ann Arbor, 1983.,səh. 141 Daha sonra əsirlikdən qurtulmuşdu və evinə qayıtmışdı.

Hakimiyyəti 892-ci ildə Müqəddəs Roma imperiyası hökmdarı Arnulf ilə saziş imzalamışdı. Vladimir-Rasate xristianlığı Bizansın təsiri olaraq görür və Tenqriyə inamı geri qaytarmaq istəyirdi. Sadəcə bir hissə boyar tərəfindən dəstəklənən Vladimir 893-cü ildə atası Boris tərəfindən devrildi və kor edildi. Yerinə qardaşı I Simeon gətirildi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hökmdarlar Kateqoriya:Devrilmiş monarxlar