Aydın Əşrəf oğlu Abdullayev () — Azərbaycan kino istehsalatı təşkilatçısı.

Həyatı Aydın Abdullayev 1951-ci il iyunun 7-də anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) bitirib. 1975-ci ildən kino sahəsində çalışır: film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi işləmişdir. 1993–1994-cü illərdə "Azərbaycanfilm" kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994–2000-ci illərdə "Azanfilm" kinostudiyasının direktoru olmuşdur. 20-dək animasiya filmlərinin direktorudur.Azərbaycan Kinosu — Ensiklopedik lüğət. Elm və Təhsil. Bakı, 2017. s.26 19 yanvar 2022-ci ildə vəfat etmişdir.

Filmoqrafiya Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976) Kirpi balası və alma (film, 1977) Sən belə cımbılısan (film, 1982) Ümid (film, 1992) Şüalə (film, 1994) Çalalar (film, 2000)

İstinadlar

Xarici keçidlər

Aydın Abdullayev vəfat etdi.

Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan kinoprodüserləri