Roman () — Bulqar çarı. Hakimiyyəti nisbətən uzun çəksə də müstəqil olmamış, xədim olduğu üçün övladları da olmamışdır. 991-ci ildən Bizans əsirliyində olan Roman 997-ci ildə vəfat etdi. Bununla da Kubratdan bəri davam edən Dunay bulqarları sülaləsinin nəsli kəsildi. Yerinə Samuil keçdi.John V. A. Fine, Jr., The Early Medieval Balkans, Ann Arbor, 1983.
İstinadlar
Kateqoriya:Bolqarıstan çarları